Sizin Reklam Burada
Xəbər lenti
30-08-2026
29-08-2026
BÜTÜN XƏBƏRLƏR

Cengiz Saylık işlədiyi xəstəxanadan 750 min manatlıq dərman oğurlayıb satdı

Tarix: 30-08-2026 17:01     Baxış: 430 A- / A+



Türkiyənin Adana şəhərində Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasının radiologiya şöbəsindəki anbardan dəyəri 15 milyon lirə (təxminən 750 mindən çox manat) olan dərmanları oğurlamaqda şübhəli bilinən depo məsulu Cengiz Saylık həbs olunub.
Manevr.şaz xəbər verir ki, hadisə Sarıçam rayonundakı xəstəxanada baş verib.
Məlumata görə, radiologiya şöbəsinin anbar cavabdehi Cengiz Saylık illik məzuniyyətə çıxdıqdan sonra onun vəzifəsi müvəqqəti olaraq S.A.B. adlı əməkdaşa həvalə edilib. Anbarda sayım aparan yeni əməkdaş təxminən 15 milyon lirə dəyərində dərmanın əskik olduğunu müəyyən edib. Vəziyyətlə bağlı xəstəxana rəhbərliyi araşdırmaya başlayıb və C.Saylıkla əlaqə saxlamaq mümkün olmadıqda məsələ barədə polisə məlumat verilib.
Polis əməkdaşları tərəfindən saxlanılan Cengiz Saylık dindirilmə zamanı əməlini etiraf edib:
"Borcum var idi. Borclu olduğum şəxslər məni hədələyirdilər. Bu səbəbdən anbardan 2 milyon liralıq dərmanı çıxarıb satdım. Dərmanların qalan hissəsindən isə xəbərim yoxdur".
Polis idarəsindəki əməliyyatlardan sonra məhkəməyə göndərilən Cengiz Saylık barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar