Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı  - Dünyada ilk

Tarix: 27-08-2026 14:30     Baxış: 397 A- / A+
Londonda neyrocərrahlar süni intellektin köməyi ilə beyin şişinin çıxarılması üzrə dünyada ilk uğurlu əməliyyatı həyata keçiriblər. Əməliyyat zamanı süni intellekt kameralar vasitəsilə görüntüləri real vaxt rejimində analiz edərək beyində qorunması vacib olan sinirlər və qan damarları kimi anatomik strukturları müəyyənləşdirib.
Manevr.az xəbər verir ki, əməliyyat may ayında London Universitet Kollecinin tərkibindəki Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında aparılıb. 48 yaşlı Ris Hibbertin hipofiz vəzindəki 11 millimetrlik şiş çıxarılıb və onun görmə qabiliyyəti qorunub.
Yeni texnologiya beyindəki ən kiçik anatomik strukturları tanıyaraq onları rənglərlə fərqləndirir. Həkimlər bildiriblər ki, hipofiz, qan damarları və görməyə cavabdeh sinirlər bir-birinə çox yaxın yerləşdiyindən, bir millimetrlik səhv belə korluğa, insult və ya ölümə səbəb ola bilər.
Əməliyyatdan bir həftə sonra Hibbert eynəksiz və əsa olmadan yeriyə bilib, daha sonra isə işinə qayıdıb. Həkimlərin sözlərinə görə, onun görmə problemləri müalicə olunmasaydı, tam korluq riski vardı.
Süni intellekt sistemi yüzlərlə cərrahi əməliyyatın video görüntüləri əsasında öyrədilib və real vaxt rejimində kritik anatomik strukturları, cərrahi alətləri və toxumalar arasındakı əlaqəni müəyyənləşdirmək üçün hazırlanıb.
Əməliyyatı maliyyələşdirən Milli Səhiyyə və Sosial Qayğı Tədqiqatları İnstitutunun (NIHR) elmi direktoru Mayk Lyuis qeyd edib ki, bu yenilikçi əməliyyat süni intellektin cərrahlara dəstək olmaq və pasiyentlərə göstərilən tibbi yardımı yaxşılaşdırmaq potensialını nümayiş etdirib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar