Xəbər lenti
Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
Yeni texnologiya beyindəki ən kiçik anatomik strukturları tanıyaraq onları rənglərlə fərqləndirir. Həkimlər bildiriblər ki, hipofiz, qan damarları və görməyə cavabdeh sinirlər bir-birinə çox yaxın yerləşdiyindən, bir millimetrlik səhv belə korluğa, insult və ya ölümə səbəb ola bilər.
Əməliyyatdan bir həftə sonra Hibbert eynəksiz və əsa olmadan yeriyə bilib, daha sonra isə işinə qayıdıb. Həkimlərin sözlərinə görə, onun görmə problemləri müalicə olunmasaydı, tam korluq riski vardı.
Süni intellekt sistemi yüzlərlə cərrahi əməliyyatın video görüntüləri əsasında öyrədilib və real vaxt rejimində kritik anatomik strukturları, cərrahi alətləri və toxumalar arasındakı əlaqəni müəyyənləşdirmək üçün hazırlanıb.
Əməliyyatı maliyyələşdirən Milli Səhiyyə və Sosial Qayğı Tədqiqatları İnstitutunun (NIHR) elmi direktoru Mayk Lyuis qeyd edib ki, bu yenilikçi əməliyyat süni intellektin cərrahlara dəstək olmaq və pasiyentlərə göstərilən tibbi yardımı yaxşılaşdırmaq potensialını nümayiş etdirib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























