Sizin Reklam Burada
Xəbər lenti
15-08-2026
14-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kimlər aclığa dözə bilmir? - Həkimdən məsləhət

Tarix: 16-08-2026 11:21     Baxış: 327 A- / A+
Maqnezium çatışmazlığı və qanda şəkəri aşağı olan qadınlar qısa müddətli aclığa belə dözməkdə çətinlik çəkirlər. Onlarda daha tez zəiflik və qıcıqlanma, əsəbilik yaranır.
Manevr.az xəbər verir ki, bunu məşhur endokrinoloq Natalya Tananakina bildirib. O qeyd edib ki, bədənləri enerji mənbəyi kimi qlükozanı yağa effektiv şəkildə keçirə bilən insanlar qidasız daha çox qala bilirlər.
Mütəxəssisin sözlərinə görə, aclığa dözümlülük yalnız iştaha deyil, həm də metabolik amillərə, genetikaya və həyat tərzinə bağlıdır.
"Əsas faktorlardan biri maqnezium çatışmazlığıdır. Bədəndə bu mineral çatışmırsa, orqanizm normal sinir sisteminin fəaliyyətini və enerji mübadiləsini qorumaqda çətinlik çəkir və bu səbəbdən aclıq zamanı narahatlıqlar daha da güclənə bilər",- həkim qeyd edib.
Bu məsələdə cins də rol oynayır. Mütəxəssisin fikrincə, qadınlar hormonal balanslarına görə qlükoza səviyyələrindəki dəyişikliklərə daha həssas ola bilərlər. Estrogen proseslər enerji metabolizmasındakı dəyişikliklərə həssaslığa təsir göstərə bilər. Buna görə də aclığa dözümlülük həyatın müxtəlif mərhələlərində və menstrual dövr ərzində dəyişə bilir
Həkim onu da əlavə edib ki, müntəzəm şəkildə kifayət qədər protein və yağla zəngin olan yeməklərlə qidalanmaq toxluq hissini daha uzun müddət saxlamağa kömək edir. Fiziki hazırlıq isə bədənin yağdan bir növ yanacaq kimi istifadə etmək qabiliyyətini artırır. Amma yuxusuzluq aclıq hissini artıra bilər.publika.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar