Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ali təhsilli insanlar niyə daha uzun ömür sürür?

Tarix: 13-08-2026 21:05     Baxış: 4163 A- / A+
Ali təhsilli insanlar niyə daha uzun ömür sürür?
Ali təhsil səviyyəsi ilə insanların gözlənilən ömür uzunluğu arasında ciddi əlaqə olduğu bildirilir. Mütəxəssislər bunu təhsilin özündən çox, həyat tərzi və sosial-iqtisadi amillərlə əlaqələndirirlər.

Manevr.az xəbər verir ki, müxtəlif araşdırmaların nəticələrinə əsasən, Şərqi Avropa ölkələri və ABŞ-da ali təhsilli insanlarla daha aşağı təhsil səviyyəsinə malik şəxslərin gözlənilən ömür uzunluğu arasında fərq bir neçə ilə çatır.
Məlumata görə, bəzi ölkələrdə bu fərq kişilər arasında 8,5 ilədək, qadınlar arasında isə 6,3 ilədək yüksələ bilir.
Araşdırmalarda qeyd olunur ki, ali təhsilli insanlar daha az siqaret çəkir, güclü spirtli içkilərdən daha az istifadə edir, sağlam qidalanmağa və riskli davranışlardan uzaq durmağa daha çox meyllidirlər. Bu amillərin özünün ömür uzunluğunda təxminən 2-3 illik fərq yaratdığı bildirilir.
Digər mühüm amil əmək şəraitidir. Zərərli və təhlükəli istehsalat sahələrində çalışan insanların sağlamlıq riskləri daha yüksək olur. Bu amilin də müxtəlif sosial qruplar arasında ömür uzunluğundakı fərqə təsir etdiyi vurğulanır.
Mütəxəssislər həmçinin daha az təhsilli və sosial baxımdan daha həssas qruplarda gözlənilən ömür uzunluğunun artımının daha zəif olduğunu qeyd edirlər. COVID-19 pandemiyası dövründə isə bu fərqin daha da dərinləşdiyi bildirilir.
Məlumatlara əsasən, təhsil, gəlir, iş şəraiti, sağlamlıq vərdişləri və sosial təminat insanın nə qədər uzun yaşamasına təsir edən əsas amillər sırasında yer alır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar