Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

İsti havada hansı məhsulları yemək lazımdır?  - Diyetoloqdan məsləhət

Tarix: 09-08-2026 11:40     Baxış: 333 A- / A+

"Bürkülü və rütubətli hava maye qəbulunun artmasına səbəb olur, lakin çay, qəhvə və alkoqol (spirtli içkilər), əksinə, orqanizmdə maye itkisinə səbəb olur. Buna görə də onları su, şəkərsiz meyvə içkiləri və kompotlarla əvəz etmək daha yaxşıdır".
Manevr.az-ın xəbərinə görə, bu barədə rusiyalı həkim-endokrinoloq və diyetoloq Oksana Qreçinskaya TASS-a müsahibəsində danışıb.
"Rütubətli və isti havada, bir qayda olaraq, iştah azalır və şirin içkilərə və dondurmaya istək yaranır. Bununla da qidalanmada sadə karbohidratların nisbəti artır, protein nisbəti isə azalır və bu da qida maddələri balansının pozulmasına gətirib çıxarır. Maye ehtiyacı artır. İçməli su, mineral sular, şəkərsiz meyvə içkiləri və kompotlar faydalı xüsusiyyətlərə malikdir. Çay, qəhvə və alkoqollu içkilər sidikqovucu təsir göstərir ki, bu da daha çox maye itkisinə səbəb olur, ürək-damar sisteminə yükü artırır. Şirin və turş içkilər susuzluğu yatırmır, əksinə artırır", - deyə Oksana Qreçinskaya bildirib.
Mütəxəssis, həmçinin asanlıqla həzm olunan balıq və ya yağsız ət yeməklərinə, soyuq şorbalara, süd məhsullarına, tərəvəzlərə və meyvələrə üstünlük verməyi tövsiyə edib. Belə qidalanma, bir qayda olaraq, mədə-bağırsaq traktında ağırlıq yaratmır. Su balansını bərpa etmək üçün isə qəlyanaltı kimi sulu tərəvəzlər (pomidor, xiyar) və meyvələr (qarpız, qovun) faydalıdır.
"İsti havada həmişə yanınızda su gəzdirmək və tez-tez kiçik porsiyalarla içmək lazımdır. İştah azaldığı təqdirdə ac olduğunuz zaman kiçik porsiyalarla yeyin və axşam həddindən artıq yeməməyə diqqət edin. Həmçinin unutmayın ki, ətraf mühitdə temperatur yüksək olduqda qida daha tez xarab olur, qida infeksiyası riski artır. Qidanın təzə olduğundan və düzgün saxlanılma şərtlərindən əmin olun", - deyə ekspert əlavə edib.oxu.az
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar