Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu 5 dərmanı əsla avtomobilin əşya qutusunda saxlamayın

Tarix: 04-08-2026 09:24     Baxış: 329 A- / A+



Avtomobilin əşya gözü və ya salonu praktiki saxlama yeri kimi görünsə də, yay aylarında yaranan yüksək temperaturlar bəzi dərmanların strukturunu poza bilər. Mütəxəssislər xüsusilə isti havalarda avtomobildə saxlanılan bəzi dərmanların təsirini itirə biləcəyi, hətta sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Manevr.az xəbər verir ki, günəş altında park edilən avtomobillərdə salonun istiliyi qısa müddətdə tövsiyə olunan saxlama şərtlərinin çox üzərinə çıxa bilir. Dərmanların böyük hissəsi isə 20-25 dərəcə arasında, sərin və quru mühitdə saxlanılmaq üçün istehsal olunur. Bu hədlərin aşılması təsiredici maddələrin pozulmasına və müalicənin gözlənilən nəticəni verməməsinə səbəb ola bilər.
İstilikdən ən çox təsirlənən dərmanlar
Mütəxəssislərə görə, xüsusilə insulin, nitroqliserin, astım İnhalyatorları (püskürdənlər), maye antibiotiklər və soyuq zəncirdə saxlanılması lazım olan bioloji dərmanlar yüksək temperatura qarşı çox həssasdır. Bunların yanında bəzi göz damlaları və iynə qələmləri də isti mühitdə saxlanıldıqda təsir gücünü itirə bilər. Dərmanların xarici görünüşündə heç bir əlamət olmasa belə, yüksək temperatura məruz qalmaları tərkiblərindəki aktiv maddələrin zədələndiyi mənasına gələ bilər. Buna görə də uzun müddət isti avtomobildə qalan dərmanların istifadə edilməzdən əvvəl əczaçıya və ya həkimə göstərilməsi tövsiyə olunur.
Bir çox insan dərmanlarını əşya gözündə saxlamağa üstünlük versə də, bu hissə də avtomobilin qalan yeri kimi həddindən artıq istilikdən təsirlənir. Xüsusilə yay aylarında günəş altında qalan avtomobillərdə salonun istiliyi 70-80 dərəcəyə qədər qalxa bilir. Buna görə də mütəxəssislər dərmanların avtomobildə saxlanılmamasını, əgər daşınmaları zəruridirsə, izolyasiyalı daşıma çantasında qorunmasını məsləhət görürlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar