Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gecələr tərləmənin 5 əsas SƏBƏBİ

Tarix: 19-07-2026 13:59     Baxış: 4107 A- / A+
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir.
Manevr.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlaməti ola bilər.
Gecə tərləməsinin ən çox rast gəlinən səbəblərindən biri yataq otağının həddindən artıq isti olması və ya qalın yorğanlardan istifadə edilməsidir. Bu zaman orqanizm temperaturu tənzimləmək üçün daha çox tərləyir.
Həkimlərin sözlərinə görə, hormonal dəyişikliklər də gecə tərləməsinə səbəb ola bilər. Xüsusilə menopauza dövründə olan qadınlarda bu hal daha tez-tez müşahidə edilir.
İnfeksiyalar və yüksək hərarətlə müşayiət olunan xəstəliklər də gecələr güclü tərləmə ilə özünü göstərə bilər. Orqanizm infeksiyaya qarşı mübarizə apardıqda bədən temperaturunda dəyişikliklər baş verir.
Bəzi dərman preparatlarının qəbulu da gecə tərləməsinə yol aça bilər. Xüsusilə antidepressantlar və müəyyən hormonal preparatlar belə təsirlərlə əlaqələndirilir.
Stress və narahatlığın da gecə tərləməsinin əsas səbəblərindən biri olduğu bildirilir. Güclü emosional gərginlik yuxu zamanı tərləməni artıra bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, gecə tərləməsi uzun müddət davam edərsə və ya digər simptomlarla müşayiət olunarsa, mütləq tibbi müayinədən keçmək lazımdır.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar