Xəbər lenti
Azərbaycanda ölümündən sonra orqan donoru olmağa razılıq verən şəxslərin sayı
Azərbaycanda ölümündən sonra orqan donoru olmağa razılıq verən şəxslərin sayı 1600 nəfəri ötüb.Manevr.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təkcə 2026-cı ilin ilk 5 ayı ərzində təxminən 300 nəfər ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayıb.
Məlumata görə, hazırda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında 1400-ə yaxın şəxs qeydiyyatdadır. Gözləmə siyahısında olan xəstələr arasında isə ən çox ehtiyac duyulan orqan böyrəkdir.
"2026-cı ilin əvvəlindən bu günədək ölkədə ümumilikdə 120-yə yaxın transplantasiya əməliyyatı həyata keçirilib. Bunların 50-dən çoxunu böyrək, 30-a yaxınını qaraciyər, 20-yə yaxınını sümük iliyi və 20-yə yaxınını isə buynuz qişa (kornea) transplantasiyası təşkil edib.
Bu göstəricilər ölkədə transplantasiya xidmətlərinin davamlı inkişaf etdiyini və donor sisteminin gücləndirilməsi istiqamətində görülən işlərin nəticə verdiyini göstərir", - deyə rəsmi məlumatda qeyd olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































