Sizin Reklam Burada
Xəbər lenti
07-06-2026
06-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu xəstəliklərin müalicəsi məcburidir - Cərimələnə bilərsiniz

Tarix: 07-06-2026 18:28     Baxış: 333 A- / A+


Azərbaycanda bəzi xəstəliklər var ki, onların müalicəsi məcburidir.
İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxs tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırarsa, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Həmçinin zöhrəvi xəstəliklərə və ya immunçatışmazlığı virusuna yoluxmuş insanla əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxs tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırarsa, səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə olunur.
Bildirilir ki, zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bundan başqa, qeyd olunan xəstəliyə görə Cinayət Məcəlləsində də cərimələr və həbs müəyyənləşib.
Sənəddə qeyd olunur ki, özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar