Sizin Reklam Burada
Xəbər lenti
05-06-2026
04-06-2026
BÜTÜN XƏBƏRLƏR

Arxası üstə yatmaq niyə təhlükəlidir? - AÇIQLAMA

Tarix: 06-06-2026 12:33     Baxış: 339 A- / A+

Kardioloq Rikardo Kals ürək sağlamlığı üçün ən zərərli yuxu pozalarından birinin arxası üstə yatmaq olduğunu bildirib.
Həkim "Metropoles" nəşrinə verdiyi açıqlamada qeyd edib ki, bəzi insanlarda arxası üstə yatarkən dil və yumşaq damaq geriyə doğru sürüşür. Bu isə tənəffüs yollarının daralmasına və yuxu apnesinin yaranmasına səbəb ola bilər.
Kalsın sözlərinə görə, yuxu apnesi ürəyin fəaliyyətinə mənfi təsir göstərir və ciddi fəsadlara yol aça bilər.
“Yuxu apnesi ilə yüksək qan təzyiqi arasında birbaşa əlaqə var. Bu vəziyyət kəskin miokard infarktı, insult, ürək çatışmazlığı və qulaqcıqların fibrilasiyası riskini artırır”, – deyə kardioloq vurğulayıb.
Mütəxəssis əlavə edib ki, gündüz yorğunluğu, əsəbilik və diqqəti cəmləməkdə çətinlik yuxu apnesinin əsas əlamətləri ola bilər. Buna görə də belə simptomlar müşahidə edilərsə, həkimə müraciət etmək tövsiyə olunur.ölkə.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar