Sizin Reklam Burada
Xəbər lenti
01-11-2026
31-10-2026
BÜTÜN XƏBƏRLƏR

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi

Tarix: 02-06-2026 16:09     Baxış: 3213 A- / A+


Tanınmış plastik cərrah Mübariz Məmmədlinin sertfikasiya Səhiyyə Nazirliyi tərəfindən ləğv olunub.
Manevr.az xitab24.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 2020-ci il tarixli sertifikasiya şəhadətnaməsinin əsaslılığı təsdiq olunmayıb.
Bu səbəbdən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə M.Məmmədlinin sertfikasiya şəhadətnaməsi ləğv olunub.
Qərardan narazı qalan Mübariz Məmmədli aktın ləğvi üçün məhkəməyə müraciət edib. Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmədə bildirib ki, Mübariz Məmmədlinin plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və ona sertifikasiya şəhadətnaməsi verilib. Onun qeyd edilən ali ixtisaslı tibb təhsilinə malik olmaması işin mübahisəsiz haldır.
Məhkəmə instansiyaları M.Məmmədlinin Səhiyyə Nazirliyinin qərarının ləğvinə dair iddiasını təmin etməyib.
Qeyd edək ki, bu yaxınlarda M.Məmmədli ilə bağlı daha bir məhkəmə prosesi başa çatmışdı. O, "İnternational Medical Centre-Bakı”ya məxsus "Baku Medical Plaza”da etdiyi qüsurlu əməliyyata görə pasiyent Z.Məmmədovaya 15000 manat ödəməli olmuşdu.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar