Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bel ağrılarından necə qurtulaq?

Tarix: 02-06-2026 15:31     Baxış: 317 A- / A+

İspaniyalı travmatoloq, İnes Sançes bildirib ki, bel ağrılarının qarşısını almağın əsas yolu müntəzəm fiziki aktivlikdir. Onun sözlərinə görə, düzgün oturuş və erqonomik mebellər təkbaşına onurğa problemlərindən qorunmağa zəmanət vermir.
Manevr.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında danışıb.
Mütəxəssis qeyd edib ki, bir çox insan bel sağlamlığını qorumaq üçün düz oturmağın, ani hərəkətlərdən qaçmağın və ortopedik kreslolardan istifadə etməyin kifayət etdiyini düşünür. Lakin praktikada bu tədbirlər xroniki ağrıların qarşısını hər zaman ala bilmir.
Həkimin sözlərinə görə, pasiyentləri arasında oturuş qaydalarına ciddi əməl edən, amma buna baxmayaraq davamlı bel narahatlığından əziyyət çəkən insanlar az deyil. O bildirib ki, əsas səbəb uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin az olmasıdır.
Travmatoloq izah edib ki, onurğa, fəqərəarası disklər, əzələlər və bağlar normal fəaliyyətini qorumaq üçün müntəzəm yüklənməyə ehtiyac duyur. Uzun müddət hərəkətsiz qalanda qan dövranı zəifləyir, oynaqların hərəkətliliyi azalır və onurğanı dəstəkləyən əzələ sistemi tədricən zəifləyir.(unikal)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar