Sardiniya adasında yaşayan bir ailə dünyada ən uzunömürlü ailə hesab olunur. Ailə üzvlərinin ümumi yaşı 800 ildən çoxdur.
Ailənin sirri onların hər gün içdiyi “uzunömürlülük şorbası”nda gizlənir. Şorba paxlalılar və Sardiniyaya məxsus ənənəvi makaron növü olan freqoladan hazırlanır.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, Melis ailəsi tarixdə ən yaşlı ailə kimi Ginnesin Rekordlar Kitabına düşüb. Ailədə 9 bacı-qardaş olub və onların ümumi yaşı 851 il təşkil edib. Ən yaşlı üzvün isə 109 yaşı olub.
Melis ailəsi hər gün eyni naharı yeyirmiş: maya çörəyi, bir qədəh yerli şərab və xüsusi minestrone şorbası. Minestrone qatı və doyumlu tərəvəz şorbasıdır. Tərkibi vitamin və faydalı maddələrlə zəngin olduğuna görə ona tez-tez “uzunömürlülük şorbası” da deyirlər. Bu yemək sadə mövsümi ərzaqlardan hazırlanır, amma iki əsas komponenti mütləq olur: paxlalılar və freqola makaronu.
“Uzunömürlülük şorbası” üçün ərzaqlar:
½ stəkan qurudulmuş və təmizlənmiş fava lobiyası;
½ stəkan qurudulmuş cranberry lobiyası;
⅓ stəkan noxud;
7 xörək qaşığı zeytun yağı;
1 ədəd doğranmış soğan;
2 ədəd doğranmış kök;
2 sap doğranmış kərəviz;
2 çay qaşığı xırdalanmış sarımsaq;
1 banka pomidor konservi;
kub şəklində doğranmış 3 kartof;
1,5 stəkan doğranmış fenxel; (şüyüdə bənzəyən ətirli bir tərəvəz və bitkidir)
¼ stəkan doğranmış təzə cəfəri;
doğranmış təzə reyhan;
⅔ stəkan freqola makaronu;
½ çay qaşığı duz;
½ çay qaşığı qara istiot;
¼ stəkan rəndələnmiş pekorino romano pendiri.
Hazırlanması
Fava lobiyasını, cranberry lobiyasını və noxudu ən azı 8 saat soyuq suda saxlayın, sonra yaxşıca yuyun. Böyük qazanda 3 xörək qaşığı zeytun yağını qızdırın. Soğanı, kökü və kərəvizi əlavə edib tez-tez qarışdıraraq 5 dəqiqə bişirin. Daha sonra sarımsağı əlavə edib daha 20 dəqiqə bişirin.
Sonra pomidoru, kartofu, fenxeli, cəfərini, reyhanı və noxudu əlavə edin. Üzərinə ərzaqların səviyyəsini təxminən 1 santimetr keçəcək qədər su tökün. Yüksək odda qaynamağa qoyun, sonra odu azaldın və qazanın qapağını örtmədən lobiya yumşalana qədər bişirin. Bu təxminən 1-1,5 saat çəkir. Lazım olduqda su əlavə edin. Daha sonra freqola makaronunu, duzu və istiotu əlavə edin.
Makaron yumşalana qədər daha 10 dəqiqə bişirin. Servis zamanı boşqaba 1 xörək qaşığı zeytun yağı əlavə edin, üstünə şorbanı tökün və rəndələnmiş pekorino romano pendiri səpin. Bu reseptə əlavə olaraq kələm, gül kələmi, brokoli və ya kabaçki kimi tərəvəzlər də əlavə etmək olar. Bu həm dadı zənginləşdirir, həm də yeməyin faydasını artırır.lent.az
Xəbər lenti
“Uzunömürlülük şorbası”nın sirri açıldı - Dünyanın ən yaşlı ailəsionu hər gün yeyib

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.png)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































