Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bu tərəvəz əsl MÖCÜZƏDİR

Tarix: 10-05-2026 11:53     Baxış: 492 A- / A+

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindir ki, gözlərin, dərinin və immun sisteminin qorunmasına kömək edir.
Eyni zamanda, tərkibində olan C vitamini kapilyarları möhkəmləndirir və kollagenin yaranmasında mühüm rol oynayır. Qulançar həmçinin sümüklərin inkişafı və qanın laxtalanması üçün vacib olan K vitamininin yaxşı mənbəyidir.
Onun tərkibindəki fol turşusu xüsusilə hamiləlik dövründə böyük əhəmiyyət daşıyır. Bu maddə qan hüceyrələrinin formalaşmasını dəstəkləyir və dölün sağlam inkişafına töhfə verir. Bundan əlavə, qulançarın diabet riskini azaltdığı da qeyd olunur.
Qulançarın digər mühüm faydalarından biri qaraciyərin qorunmasına kömək etməsidir. Müntəzəm istifadə alkoqolun qaraciyərə mənfi təsirlərini zəiflədə bilər. Bişmiş formada isə həzm sistemini tənzimləyir, mədə-bağırsaq problemlərində, o cümlədən xora zamanı faydalı təsir göstərir. O, həm də bağırsaqda faydalı bakteriyaların artımını stimullaşdıran təbii prebiyotikdir.
Diqqətçəkən məqam isə odur ki, qulançar bişirildikdə də qida dəyərini böyük ölçüdə saxlayır. Onu qaynatmaq, qızartmaq və ya buxarda bişirmək mümkündür.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar