Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bu xəstələrə qayğanaq olmaz

Tarix: 10-05-2026 08:20     Baxış: 3131 A- / A+


Diabet xəstələri üçün omlet ideal səhər yeməyi deyil.
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, alimərin fikrincə, şəkər xəstələri hər səhər yumurta yeməli olsalar da, rus fizioloqu Boris Jerlıgin bu fikirlə razı deyil.
Rus fizioloqu Boris Jerlıgin kanadalı alimlər tərəfindən dərc edilmiş və diabet xəstələri üçün optimal səhər yeməyi formulunu müəyyən edən bir araşdırmanın nəticələrinə münasibət bildirib.
Xüsusilə, tədqiqatçılar diabet xəstələri üçün ideal səhər yeməyinin qaydaya uyğun olması lazım olduğu qənaətinə gəliblər: daha çox yağ, daha az karbohidrat. Onlar konkret bir nümunə olaraq omlet və ya qayğanağı göstəriblər.
Fizioloq Boris Jerlıgin isə "diabet hər kəs üçün fərqlidir və bu, hər bir diabet xəstəsinin pəhrizinin fərdi nüanslarını müəyyən edir”, - deyə fikir bildirib.
Diabet üçün insanın pəhriz planı karbohidratların, zülalların və yağların həzm qaydalarını anlamağa imkan verən testlər əsasında müəyyən edilir. Buna görə də, hər bir diabet xəstəsi bu məlumatlara əsasən ideal səhər yeməyini müəyyən edə bilər.
"Yağlar, zülallar və karbohidratlar arasında tarazlıq olmalıdır. Əgər bu pozularsa, həzm sistemi təsirlənəcək", - deyə fizioloq bildirib.
Fizioloq əlavə edib ki, həddindən artıq qızardılmış yumurta və omlet qəbul etmək diabet xəstələri üçün təhlükəli ola bilər, çünki yağlı qayğanaq böyrəkləri belə sıradan çıxara bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar