Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Həkimlərdən maraqlı açıqlama: Keçəl kişilər daha enerjili və...

Tarix: 15-04-2026 19:15     Baxış: 345 A- / A+
15 aprel dünyada Keçəl Kişilər Günü kimi qeyd olunur. Bu özəl gündə həkimlər saç tökülməsi ilə yüksək enerji və gümrahlıq arasındakı gözlənilməz əlaqəni üzə çıxarıblar. Məlum olub ki, saçsız kişilərin daha enerjili olmasının iki mühüm biokimyəvi və hormonal səbəbi var.

Manevr.az xəbər verir ki, bu barədə terapevt Kristina Radina danışıb.
Həkim "Life.ru"ya açıqlamasında bildirib ki, saç olmayan baş dərisi bəzi vacib elementlərin istehsalında daha effektivdir: “Keçəl baş bədənin kiçik bir hissəsi olsa da, günəş şüalarına daha çox məruz qalır. Bu isə həmin nahiyədə D vitamininin daha intensiv sintezinə şərait yaradır”.
O qeyd edib ki, D vitamini birbaşa dopinq deyil, lakin onun çatışmazlığı insanda xroniki yorğunluq və tez-tez xəstələnməyə səbəb olur. Keçəllik isə bu vitaminin səviyyəsini normada saxlamağa kömək edərək bədənə əlavə güc verir.
Lakin gümrahlığın əsas sirri hormonlardadır. Mütəxəssisin sözlərinə görə, keçəlliyin ən geniş yayılmış növü (androgenik alopesiya) kişi hormonları olan testosteron və dihidrotestosteronun yüksəkliyi ilə birbaşa bağlıdır: “Testosteron enerji, dözümlülük və motivasiya deməkdir. Bu hormonu yüksək olan kişilər adətən fiziki cəhətdən daha aktiv olurlar”.
Beləliklə, keçəl kişilərin daha gümrah görünməsi həm hormonal fondan, həm də buna bağlı olaraq seçdikləri aktiv həyat tərzindən qaynaqlanır.publika.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar