Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Koronavirusun gizli fəsadı ortaya çıxdı

Tarix: 13-04-2026 10:17     Baxış: 365 A- / A+


Koronavirusun gizli fəsadı  ortaya çıxdı
"Koronavirus sağalmış insanlarda allergiya yaratmır, lakin immun sistemində balans pozğunluğuna səbəb olaraq əvvəllər sağlam olan insanlarda autoimmun xəstəlikləri tətikləyə bilər".
Manevr.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Piroqov Universitetinin İnfeksion xəstəliklər və epidemiologiya kafedrasının dosenti Olqa Zıkova bildirib.
"Koronavirusun allergiya yaratdığına dair sübut olunmuş məlumat yoxdur, lakin o immun sisteminin qlobal disbalansına səbəb olur. Bunun nəticəsində immun vasitəli olaraq orqanizmin öz toxuma və orqanları zədələnir, sistemli iltihab yaranır və autoimmun xəstəliklər inkişaf edə bilər. Bu gün bir çox tədqiqatlar göstərib ki, sistemli qırmızı qurdeşənəyi, revmatoid artrit, qlomerulonefrit, vaskulit, autoimmun hepatit və digər bu kimi xəstəliklər yarana bilər", - deyə həkim izah edib.

Qeyd etmək vacibdir ki, COVID-19-dan sonra autoimmun xəstəliklərin yaranma riski bir çox amillərdən asılıdır. Bunlara yaş, keçirilmiş infeksiyanın ağırlıq dərəcəsi və yanaşı xroniki xəstəliklərin olub-olmaması daxildir.
"Hər bir virus, o cümlədən COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 zamanla dəyişir və virusun zəiflədiyini qəti şəkildə demək mümkün deyil. Pandemiyanın əvvəlində virus insan populyasiyası üçün yeni idi və əsasən ağır xəstəlik halları qeydə alınırdı. Hazırda isə əhalinin böyük hissəsində formalaşmış immunitet (ya xəstəliyi keçirmə, ya da vaksinasiya nəticəsində) yoluxma səviyyəsini və xəstəliyin ağırlığını azaldır. Lakin risk qruplarına daxil olan şəxslərdə (5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı böyüklər, hamilə qadınlar, şəkərli diabeti, onkoloji xəstəlikləri və s. olan insanlar) xəstəlik ağır keçə və stasionar tibbi nəzarət tələb edə bilər", - deyə həkim əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar