Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
30-07-2026
BÜTÜN XƏBƏRLƏR

Damar tıxanıqlığının əsas səbəbi bu imiş...

Tarix: 10-04-2026 09:15     Baxış: 4125 A- / A+



Son illərdə damarların tıxanması ən geniş yayılmış sağlamlıq problemlərindən biri kimi ön plana çıxır. Oturaq həyat tərzi, stress və yanlış qidalanma bu riskin artmasında əsas rol oynayır.
Manev.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik istifadə edilən bəzi qidalar bu prosesi daha da sürətləndirir. Onların sırasında isə xüsusilə marqarin diqqət çəkir.
Araşdırmalara görə, marqarin istehsalı zamanı bitki yağları kimyəvi prosesdən keçirilir və nəticədə trans yağlar yaranır. Bu yağlar orqanizmdə "pis" xolesterolu (LDL) artırır, "yaxşı" xolesterolu (HDL) isə azaldır. Nəticədə damar divarlarında lövhə yığılması sürətlənir və bu da damarların daralmasına, hətta tıxanmasına səbəb olur.
Xüsusilə qablaşdırılmış məhsullarda, şirniyyatlarda və hazır xəmir xörəklərində geniş istifadə edilən marqarin "gizli risk" hesab olunur. Bir çox insan yalnız birbaşa istifadə etdiyi miqdarı nəzərə alır, lakin digər qidalardan qəbul edilən miqdar da ümumi riski artırır.
Həkimlər bildirir ki, damar tıxanıqlığı infarkt və insult kimi ciddi xəstəliklərə yol aça bilər. Bu səbəbdən marqarinin rasiondan çıxarılması və ya minimuma endirilməsi tövsiyə olunur.
Sağlam qidalanma vərdişlərində edilən kiçik dəyişikliklər belə uzunmüddətli sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.milli.az

Manev.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar