Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz oldu

Tarix: 03-04-2026 13:17     Baxış: 366 A- / A+
İcbari tibbi sığorta çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə əməliyyatlarının siyahısının açıqlanması bu sahədə hansı xidmətlərin qarşılandığı ilə bağlı suallar doğurur. Ümumiyyətlə, bu əməliyyatların əsasən tibbi zərurət olan halları əhatə etdiyi bildirilsə də, bəzi hallarda estetik müdaxilələrin də siyahıya daxil edilib-edilmədiyi müzakirə olunur.

Manevr.az 
xəbər verir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov yalnız tibbi zərurət olan hallarda bu əməliyyatlar həyata keçiriləcəyini bildirib.

"Lakin sırf xəstənin istəyi ilə, məsələn, "mən bunu belə istəyirəm, mənim üçün plastik əməliyyat edin" kimi yanaşmaların sığorta çərçivəsində qarşılanması gözlənilmir. Məsələn, burun əməliyyatını götürək: əgər burun çəpərində əyrilik varsa və xəstə normal nəfəs ala bilmirsə, bu zaman həmin əyriliyin aradan qaldırılması tibbi zərurət sayılır. Belə hallarda, eyni zamanda müəyyən estetik korrektələr də edilə bilər. Yəni əsas məqsəd tibbi problemin həlli olur, əlavə olaraq isə müəyyən düzəlişlər aparıla bilər".

Ekspert bildirib ki, tam sağlam, normal nəfəs alan bir şəxs yalnız estetik məqsədlə əməliyyat istədikdə, bunun sığorta hesabına qarşılanması real görünmür.

"Çünki ümumiyyətlə, cərrahi müdaxilələr xəstənin sadəcə istəyi ilə deyil, tibbi göstəriş əsasında aparılmalıdır. Digər tərəfdən, dövlətin də sırf şəxsi istəklərə əsaslanan bu cür əməliyyatlar üçün şərait yaratması mümkün deyil".

Yəni, dövlət tərəfindən təmin olunan bu xidmətlər şəxsi arzulara deyil, konkret tibbi göstərişlərə əsaslanır. Tibbi ehtiyac olmadan icra edilən estetik əməliyyatların sığorta zərfinə daxil edilməsi real görünmür.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar