Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
BÜTÜN XƏBƏRLƏR

ChatGPT ilə xərçəngə meydan oxudu - Nəticə heyrətləndirdi

Tarix: 28-03-2026 10:04     Baxış: 3122 A- / A+


Avstraliyada qeyri-adi tibbi yanaşma diqqət çəkib. 
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, İT sahibkarı Pol Koningem standart terapiyalar nəticə vermədikdən sonra iti Rozinin xərçəngini müalicə etmək üçün eksperimental mRNT peyvəndi hazırlayıb.
Məlumata görə, Koningem bu ideyanı müalicə variantlarını ChatGPT ilə müzakirə edərkən əldə edib. O, şişin DNT-sini ardıcıllıqla müəyyənləşdirərək sağlam hüceyrələrin genomu ilə müqayisə edib və immunoterapiya üçün hədəf ola biləcək mutasiyaları aşkar etmək məqsədilə süni intellekt alətlərindən istifadə edib.
Daha sonra sahibkar əldə olunan məlumatlar əsasında fərdiləşdirilmiş mRNT peyvəndinin hazırlanması üçün alimlərlə əməkdaşlığa başlayıb. Peyvənd tətbiq olunduqdan sonra Rozinin şişlərinin bir neçə həftə ərzində əhəmiyyətli dərəcədə kiçildiyi bildirilir. Bununla belə, heyvanın tam sağalmadığı qeyd olunur.
Hazırda Koningem və tədqiqatçılar qalan şişləri hədəf ala biləcək peyvəndin yeni versiyası üzərində işləyirlər.
Alimlər bu hadisənin hələ eksperimental xarakter daşıdığını vurğulayırlar. Bununla yanaşı, əldə edilən nəticələrin gələcəkdə insanlarda xərçəngin müalicəsində istifadə oluna biləcək fərdiləşdirilmiş mRNT peyvəndlərinin potensialını göstərdiyi bildirilir.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar