Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə teatr, universitet şəhərciyi tikilir, stadion bərpa olunur - RƏSMİ

Tarix: 05-08-2025 10:40     Baxış: 318 A- / A+

Xankəndidə teatr, universitet şəhərciyi tikilir, stadion bərpa olunur - RƏSMİ

“Xankəndi və ətraf rayonlarda söküntü, bərpa və abadlıq işləri geniş vüsət alıb”.
Manevr.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasındaXankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib. 
O qeyd edib ki, 30 ildən artıq işğal altında qalan Xankəndi şəhərində ermənilər tərəfindən çoxlu sayda özbaşına və qanunsuz tikinti işləri aparılıb:
"Bu pərakəndə tikintilər şəhərin memarlıq üslubuna ciddi zərər vurub. Azərbaycanın memarlıq ənənələrinə uyğun olmayan bu tikililərin əksəriyyəti həm də tikinti normalarına cavab verməyəcək dərəcədə keyfiyyətsiz şəkildə inşa olunub. Məhz bu səbəbdən hazırda həmin tikililər sökülür”, - deyə o bildirib.
Afət Telmanqızının vurğulayıb ki, Qarabağ Universiteti ətrafında da geniş ərazidə söküntü işləri aparılır: “Universitetin yerləşdiyi ərazidə böyük şəhərcik salınır. Tikinti normalarına cavab verən binalar saxlanılır, digərləri isə sökülür”.

O bildirib ki, Xankəndi şəhərində yerləşən, yerli əhəmiyyətli mədəniyyət abidəsi sayılan Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrının binasının bərpasına da başlanılıb:
“Qeyd edim ki, bu teatr binası 1932-ci ildə tikilərək istifadəyə verilib. 1949-cu ildə isə onun konstruksiyasına müəyyən əlavələr olunub. Sənət ocağı XX əsrin memarlıq abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib".
Afət Telmanqızı Xankəndidə əhalinin istirahəti və şəhər estetikasının bərpası məqsədilə aparılan digər işlər barədə də məlumat verib:
“Hazırda şəhərdə “Zəfər parkı”, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlər davam etdirilir. Parkın təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Zəfər parkında işlər yüksək templə gedir. Ərazidə işğal dövründə tikinti normalarına zidd inşa edilən və istismara yararsız vəziyyətdə olan bir sıra tikililər artıq sökülüb”.
Afət Telmanqızının sözlərinə görə, parkın mərkəzində qələbəmizin rəmzi olan “Zəfər Tağı” inşa edilir:
“Bu abidənin hündürlüyü Vətən müharibəsinin günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində şəhərə baxış üçün xüsusi meydança yaradılır. Ziyarətçilərin, o cümlədən yaşlılar və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulur”.

“Zəfər Tağına doğru 44 rəmzi pilləkən salınacaq. Hər bir pilləkəndə Vətən müharibəsində azad edilən yaşayış məntəqələrinin adı və həmin günlə bağlı məlumat əks olunacaq. Layihəyə əsasən, parkda geniş yaşıllıq zolaqları salınır. Mövcud ağaclar qorunur, əlavə olaraq 300-dən çox ağac və 9 mindən çox dekorativ kol əkilib”.
Xidmət rəsmisi əlavə edib ki, Xankəndi şəhər stadionu da yenidən qurulur. Həmçinin, əhalinin geri dönüşü, şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində də genişmiqyaslı layihələr icra olunur:
“Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sərəncamlar imzalanıb və yaşayış məntəqələrinin maliyyələşməsi təmin olunub”.
Afət Telmanqızı, həmçinin Prezident İlham Əliyevin bu il iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün nəzərdə tutulan əraziyə baxış keçirdiyini də xatırladıb:
“Dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, bu kanat yolunun uzunluğu təxminən 6 min metr, Xankəndidəki başlanğıc nöqtəsi 844 metr, Şuşada isə 1317 metr yüksəklikdə yerləşəcək. Kanat yolu vasitəsilə hərəkət 13 dəqiqə davam edəcək, sürət isə saniyədə 8 metr olacaq”.
“Bu layihənin icrası həm turizmin inkişafına təkan verəcək, həm də Xankəndi ilə Şuşa arasında rahat nəqliyyat əlaqəsi yaradacaq. Hazırda layihənin texniki detalları üzərində aidiyyəti qurumlarla birgə iş aparılır”.
Sonda o qeyd edib ki, şəhərin gələcək inkişafı üçün dünyaca nüfuzlu “Chapman Taylor” şirkəti tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir.
 
Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar