Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi

Tarix: 11-05-2025 16:41     Baxış: 3169 A- / A+
Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildiXocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində 55 nəfər daimi işlə təmin edilib.
Manevr.az-ın əldə etdiyi məlumata görə, Xocalı rayonunun Xanabad kəndində iri heyvandarlıq kompleksi fəaliyyətə başlayıb.
 
“Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində ətlik-südlük istiqamətli iribuynuzlu heyvanlar saxlanılır.
 
Məlumat verilib ki, damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Heyvandarlıq məhsullarının istehsalında Türkiyə və Almaniya istehsalı olan avadanlıqlardan istifadə olunur.
 
Bildirilib ki, gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 nəfər daimi iş yerilə təmin edilib. Gələcəkdə istehsal gücünün artırılması ilə iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
 
Qeyd edək ki, layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektar ərazidə isə yem tələbatını ödəmək məqsədilə payızlıq arpa və buğda əkilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar