Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Şuşa ilə bağlı əmr verdi – “Qadağandır!”

Tarix: 10-05-2025 19:04     Baxış: 4220 A- / A+

Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci ildir ki, 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə təbrikində Şuşanın adını çəkmir. 
Manevr.az xəbər verir ki, bu barədə "Hraparak"ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, ermənilər son 30 ildə Şuşanın işğalının ildönümü kimi 9 may tarixində böyük şənlik keçirirdilər. Ölkə rəsmiləri də hər zaman İkinci Dünya müharibəsindəki qələbə ilə Şuşanın alınmasını eyni mətnlə qeyd edir və xalqa təbrik ünvanlayırdı. Lakin Paşinyan son iki ildə Şuşanın ümumiyyətlə adını çəkmir.
Hətta mayın 9-u keçmiş qondarma rejimin "ordusunun" da yaranma günü olub. Hər zaman bu münasibətlə ölkədə üç günlük bayram tətili elan edilib. Lakin son illərdə bu məsələ də sıradan çıxarılıb.
Məlumata görə, Paşinyan və komandası yerli hökumət idarələri, bələdiyyələr və digər qurumlara, o cümlədən siyasətçilərə təbrik mesajlarında Şuşanın adını çəkilməməsi əmrini veriblər. Ölkədə hakim Mülkü Müqavilə Partiyasına tabe olan bütün qurumlar bu əmrə riayət ediblər. (globalinfo.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar