Xəbər lenti
Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır

Manevr.az xəbər verir ki, Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib.
Lakin o, heç bir erməni məmurun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib.
“Ola bilsin ki, hakimiyyət sərhədin müəyyənləşdirilməsi ilə bağlı sakinlərin əhval-ruhiyyəsini yoxlamağa, əvvəlki demarkasiyaya qarşı çıxanları nəzarətə götürməyə, prosesin ictimai rəydə qəbul edilməsinə nail olmağa hazırlaşır. Minatəmizləmə işi bitib, amma hələ proses başlamayıb”, - o deyib.
Kirant kəndinin sakini Andranik Nazaryan da bildirir ki, onların kəndində də hələ sakitlikdir, amma hər kəs prosesin tezliklə başlayacağını gözləyir.
Tavuş vilayətinin sakini Karen Qazaryan daha öncə erməni KİV-lərinə açıqlamasında bildirmişdi ki, demarkasiya prosesində Yuxarı Əskipara (Qazaxın anklav olan üç kəndindən biri) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır. Ermənilər bildirir ki, bu baş verərsə, Voskepar kəndi və Lori bölgəsinin yuxarı hissəsi sərhəd olacaq, eyni zamanda, Açarkut kəndi üç tərəfdən sərhəd bölgəsinə çevriləcək.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar