Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reysləri ilə bağlı bəzi anlaşılmazlıqlar meydana gəlib.
Manevr.az-ın məlumatına görə, bəzi vətəndaşlar Bakı-Şuşa-Bakı istiqamətində marşrutlar üçün bilet tapmaqda çətinliklər yaşadıqlarını, biletlərin daha erkən tükəndiyini və ya satış portalında problemin ola biləcəyini bildirirlər.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) “ölkə.az”ın sorğusuna cavab olaraq bildirildi ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə Şuşa və Ağdam marşrut xətləri üzrə bilet satışı onlayn qaydada həyata keçirilir:
“Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi, habelə pandemiya şəraitində yoluxma risklərinin minimuma endirilməsi üçün www.yolumuzqarabaga.az onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib”.
Qurumun açıqlamasına görə, hər ay üzrə biletlər satışa çıxarılarkən bu barədə KİV vasitəsilə elan verilir: “Müəyyən marşrutlarda biletlər daha tez satılır. Lakin bu günə qədər hər hansı bir istiqamət üzrə biletlərin saniyələr ərzində satılması və ya saytın fəaliyyətində problemlər qeydə alınmayıb”.
“Aylar üzrə marşrutların təhlili aparılır. Tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilir.”, - deyə DANX tərəfindən qeyd edilib.
Xəbər lenti
Şuşa və Ağdam reysinə bilet satışı ilə bağlı AÇIQLAMA

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar