Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sara Safura polisə çağırıldı

Tarix: 03-12-2024 16:19     Baxış: 4124 A- / A+

Liposaksiya əməliyyatı zamanı zərərçəkən aktrisa Milla Bekova jurnalist Sara Safuradan şikayətçi olub.
Manevr.az xəbər verir ki, sitat.info-ya danışan Milla Bekova bildirdi ki, onun haqqında alçaldıcı və təqhriedici video paylaşan jurnalisti polisə şikayət edib. 
Aktrisa  Abşeron Rayon Polis İdarəsində şikayət ərizəsi yazıb: "Bu gün səhər polis idarəsinə   getdim. Çox sağ olsunlar, məni dinlədilər, şikayət ərizəmi yazdım. Heç tanımadığım, özünü jurnalist hesab edən Sara Safura məni öz "Tiktok" kanalında təhqir edib, həmin videonu da onlara təqdim etdim. Bildirdilər ki, lazımi tədbir görüləcək". 
M.Bekova qeyd edib ki, bu video ilə ona ciddi mənəvi zərər vurulub: "Noyabrın 28-də əməliyyat olundum, narkozdan ayılan günü bu videonu gördükdən sonra çox böyük stress keçirdim. Ərizəmdə qeyd elədim ki, Sara mövzunu bilib-bilmədən mənə qarşı nalayiq ifadələr işlədib. Özünüz də baxsanız, görəcəksiniz ki, məni necə təhqir edib".
Qeyd edək ki, aktrisa M.Bekova, yanlış əməliyyat edərək eltisinin ölümünə səbəb olduğu iddia həkim Ülviyyə İlyasovanın şikayətçi pasientlərindən biridir və ötən gün keçirilən məhkəmə prosesində şahid və zərərçəkən qismində iştirak edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar