Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mənəvi Dəyərlərin Təbliği Fondu jurnalistlər üçün müsabiqə elan etdi

Tarix: 01-06-2022 18:30     Baxış: 4328 A- / A+
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir.
Manevr.az xəbər verir ki, müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər.
Kriteriyalar:
- Məqalə innovativ və əhatəli olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;
- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir.
QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər. 
Mükafat:
I yer-1000 AZN
Il yer - 800 AZN
III yer - 600 AZN
Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat
Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il
Əlaqə vasitələri:
Tel: (012) 436-98-52
E-mail: mdtf.press@gmail.com
Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar