Sizin Reklam Burada
Xəbər lenti
27-11-2026
26-11-2026
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi keçirilib

Tarix: 28-11-2026 11:11     Baxış: 326 A- / A+
Mingəçevirdə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi keçirilib.
Manevr.az-ın xəbərinə görə, AYB Mingəçevir Bölməsinin təşkilatçılığı, Mingəçevir şəhər İcra hakimiyyətinin dəstəyi ilə hazırlanan tədbir Ulu öndər Heydər Əliyevin və Xalq şairi Səməd Vurğunun abidələrinin ziyarəti ilə başlayıb. Tədbirin bədii hissəsi Mingəçevir Dövlət Dram Teatrının kiçik zalında davam edib. Tədbirin əvvəlində Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim edilib. Mingəçevir şəhər İcra hakimiyyətinin əməkdaşı Tariyel Şükürov şəhər rəhbəri İlham İsmayılovun salamlarını və təbriklərini çatdırıb. AYB Mingəçevir Bölməsinin sədri şair Elşən Əzim yubiley mərasimini açaraq Səməd Vurğun poeziyasının Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışıb.Tanınmış Ədəbiyyatşünas, AYB üzvü Ramiz Goyushov Xalq şairinin poeziyası haqqında geniş və məzmunlu çıxış edib, məşhur "Azərbaycan" şeirinin yaranma tarixi barədə maraqlı məlumatlar verib. Filologiya üzrə fəlsəfə doktoru Mayıl İsmayılov Səməd  Vurğunun müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən bəhs edib, Ənvər Rzanın ingiliscəyə tərcümə etdiyi şeirlərdən örnəklər gətirib. Sumqayıt poeziya klubunun direktoru, AYB poeziya sektorunun rəhbəri tanınmış şair İbrahim İlyaslı Səməd Vurğun şeirlərinin rəvan dilindən, poetik çalarlarından danışıb. Mingəçevir veteranlar şurasının sədr müavini Rizvan Mikayıllı çıxışında şairin "Vaqif" pyesinin müxtəlif dövrlərdə hətta kənd klublarındakı tamaşalarından yadda qalan məqamları vurğulayıb. Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında şairin "Muğan " poeması əsasında təqdim olunan səhnə və rəqs tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aşıq Qoşqar, Aşıq Hikmət və Mingəçevir Dövlət Universitetinin tələbəsi gənc şair Ramil İbrahim Xalq şairinin şeirlərini aşıq haları ilə ifa ediblər. Üzeyir Hacıbəyov adına Mingəçevir şəhər 1 nömrəli 11 illik musiqi məktəbinin müəllim şagirdlərinin ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar təqdim olunub.
Gənc qiraətçilər Amil Gəray və Jalə Smədova Səməd Vurğunun şeirlərini söyləyiblər. 
Sonda gənc iştirakçılara, aktyorlara və musiqiçilərə fəxri fərmanlar təqdim edilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar