Xəbər lenti
Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq yazıçısı ilə görüş keçirildi - ŞƏKİLLƏR

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirildi.
Manevr.az xəbər verir ki, tədbirdə Binə qəsəbəsində yerləşən E.Şəmiyev adına 149 saylı orta məktəbin kollektivi, pedaqoqlar, oxucular, valideynlər və.s qonaqlar iştirak edirdi. Tədbir çərçivəsində,Xəzər rayonunda yerləşən 149 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında yazıçının “Lovğa tülkü” nağılı əsasında hazırlanmış nağıl-tamaşa təqdim olundu. Nağıl-tamaşa vasitəsi ilə uşaqlar sağlam qida haqqında, həmçinin, paxıllıq və lovğalığın mənfi əxlaqi keyfiyyət olduğu barədə bir daha maarifləndilər. Tədbirdə çıxış edən kitabxananın direktoru, Jalə Əliyeva tədbirin keçirilməsində əsas məqsədin uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq olduğunu qeyd etdi. Uşaq yazıçısı M. Nağıyeva oxuculara öz yaradıcılığı haqqında geniş məlumat verdi. Yazıçı tədbir iştirakçılarını işıq üzü görmüş 6 nağıl kitabı ilə tanış etdi.Tədbirin sonunda 149 saylı orta məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək tədbirdə əməyi keçəmlərə öz təşşəkkürünü bildirib.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar