Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

“İlahiyyatçılar üçün ərəbcə-azərbaycanca lüğət” kitabı nəşr olunub

Tarix: 25-05-2022 17:44     Baxış: 4709 A- / A+
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti Elvüsal Məmmədovun “İlahiyyatçılar üçün ərəbcə-azərbaycanca lüğət” kitabı nəşr olunub.
Lüğətdə, təxminən, 7100-ə yaxın söz və birləşmənin Azərbaycan dilində mümkün qarşılığı verilib. Buraya Quran və hədis leksikası, surələrin adları, Allahın adları, Quranşünaslıq, hədisşünaslıq, üsulşünaslıq, fiqh, İslam fəlsəfəsi, kəlamşünaslıq, təsəvvüf terminləri, İslam tarixi və şəxsiyyətlərlə əlaqəli xüsusi adlar, peyğəmbərin adları, yer adları, İslam etiqadı, ibadət sistemi və digər anlayışlar daxildir.
Lüğətdə sözlər ərəb əlifbasına uyğun sıralanmışdır. Hər hərfə aid artiklli sözlər və birləşmələr artiklsiz sözlər və birləşmələrdən əvvəl əlifba sırası ilə verilmişdir. Leksik korpusun böyük hissəsini Azərbaycan dilində birbaşa tərcüməsi olan sözlər təşkil edir. Birbaşa qarşılığı olmayan sözlərin əvvəlcə ərəbcə versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, daha sonra isə hərfi mənası və izahı verilmişdir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar