Xəbər lenti
“Türkiyə-Azərbaycan birliyi artıq reallıqdır, hər kəs bununla barışmalıdır” - Prezident
“Bölgədə mövcud durum dəyişir. Son illər ərzində bizim bölgəmizdə daha geniş mənada dəyişən mənzərəyə nəzər salsaq, görərik ki, bir çox yeniliklər var”.
Manevr.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, əvvəllər sanki doqmalar var idi - yəni bu ölkələr müttəfiqdir, bu ölkələr müttəfiq deyil, yaxud bunlar bir-birinə qarşıdır: “Ancaq bu, indi dəyişdi. İndi NATO ölkəsi olan Türkiyə Rusiya ilə çox səmərəli əməkdaşlıq edir. Həm Suriyada, həm Liviyada, başqa yerlərdə və eyni zamanda artıq danışdığımız kimi bizim bölgəmizdə. Bu bir yenilikdir. Bəlkə də 10 il əvvəl bunu kimsə desəydi, buna kimsə inanmazdı. Eyni zamanda NATO içində bəzi ölkələr arasında münasibətlər o qədər də səmimi deyil. Bu da bir yenilikdir. Orada həmrəylik sanki pozulur. Avropa Birliyi ilə əlaqədar olan hadisələr. Kimin ağlına gələ bilərdi ki, BöyüK Britaniya Avropa Birliyindən çıxacaq və ondan sonra bir böhran yaranacaq. Heç kimin ağlına gələ bilməzdi. Yəni ənənəvi fərziyyələr artıq yoxdur. Hansı ölkə buna daha tez uyğunlaşsa, o ölkə öndə olacaq”. Prezident qeyd edib ki, bizim siyasətimiz hər zaman praqmatik olub: “Real durumu düzgün təhlil etmək, analiz etmək, öz maraqlarımızı düzgün təsbit etmək, bu maraqlara necə nail olacağımızı düşünmək, taktikamızı müəyyən etmək, strateji baxış çərçivəsində taktiki gedişlərdə düzəlişlər etmək, ancaq bununla bərabər olaraq, prinsipial mövqeyimizdən dönməmək. Bu siyasət bu gün bizə uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dünyanın yeni düzəninə daha tez adaptasiya olmuş ölkələr sırasındadır və eyni zamanda Türkiyə bu gün dünya miqyasında böyük güc kimi dünyanın yeni düzəninin formalaşmasında çox fəal rol oynayır. Təkcə bizim bölgəmizdə deyil, dünyada. O ki qaldı bizim bölgəmizdə, Türkiyə-Azərbaycan birliyi artıq bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da artacaq. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii ehtiyatları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda Orta Asiyadan, Əfqanıstandan Azərbaycan və Türkiyə üzərində yeni nəqliyyat layihələrinin icra edilməsi yenilikdir. Artıq yeni nəqliyyat xəritəsi, enerji xəritəsi mövcuddur. Və mən gələcəyi çox nikbin görürəm. Mən əminəm ki, biz istədiyimizə nail ola biləcəyik. Biz çox xoşbəxtik ki, Türkiyə kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən və maraqlarını müdafiə edən, heç kimdən çəkinməyən və irəliyə gedən. Bu bizim gücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün də Türkiyə bir nömrəli müttəfiqdir. Bu, böyük sərvətdir və bu hadisələr bizim əlaqələrimizi daha da möhkəmləndirdi”.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar