Xəbər lenti
Ərdoğan Qərbə demokratiya dərsi keçdi - ŞƏKİL

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qərb ölkələrini “Türkiyənin daxili işlərinə qarışmamağa” və 31 martda keçirilən bələdiyyə seçkiləri mövzusunda “manipulyasiyaya cəhd etməməyə” çağırıb.
Ərdoğan bunu martın 31-də keçirilən bələdiyyə seçkilərinin İstanbuldakı nəticələrinə görə səsləndirilən etirazlarla bağlı ilk dəfə jurnalistlərə verdiyi açıqlamasında deyib. Bildirib ki, bələdiyyə seçkilərində seçici fəallığı 83% təşkil edib və bu “bütün dünya üçün demokratiya dərsidir”.
Ərdoğanın sözlərinə görə, seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı mübarizə aparan və 4 siyasi partiyanın daxil olduğu müxalif siyasi blok heç ümumilikdə 47% səs yığa bilməyib.
“Türkiyə vətəndaşları bunu bilirlər və ABŞ və Avropadaklıar da bunu nəzərə almalıdırlar. Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir. Həddinizi bilin. Qərb öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır” – Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti onu da bildirib ki, 31 mart bələdiyyə seçkiləri ilə bağlı yekun qərarı Ali Seçki Komissiyası (ASK) verəcək: “ASK məhkəmə prosesinin bir növ patronudur. Yekun qərar oradan çıxacaq”. azvision.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar