Xəbər lenti
Türk torpaqlarında YƏHUDİ DÖVLƏTİ
Hazırda Rusiya və Ukrayna, dolayısı ilə Rusiya-Qərb arasında problemə çevrilən Krım münaqişəsinin tarixi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Krımda yəhudi dövlətinin yaradılması planı olub.
Sirlər açılır
Rusiya 2014-cü ildə Krımı ilhaq etdi. Moskva elan etdi ki, bura rus torpaqlarıdır, Xruşşov 1954-cü ildə yarımadanı Ukraynaya birləşdirib. Buna səbəb isə SSRİ-nin rəhbəri olmuş Xruşşovun Ukrayna mənşəli olmasıdır. Bununla yanaşı, Krımın Stalinin ölümündən bir il sonra Ukraynaya verilməsi haqda müxtəlif versiyalar səslənir.
Bir neçə il öncə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərinin açılması üzrə dövlət komissiyasına rəhbərlik edən Mixail Poltoraninin Rusiya televiziyasında "Həqiqət anı" verilişində dedikləri isə olduqca maraqlıdır.
Mixail Poltoranin deyir ki, Krımda yəhudi dövlətinin yaradılması planı olub.
Okeanın o tayından gələn ideya
SSRİ yenicə qurulanda Simferopolda yaşayan yəhudi inqilabçı Mixail Lure (Yuri Larin adı ilə məşhurlaşıb - red.) Krımda yəhudi dövlətinin yaradılması ideyası ilə çıxış edirdi. Bu ideyanı ona "Coint" təşkilatından (American Jewish Joint Distribution Committee) Rozenberq verib.
1922-ci ildə "Aqro-Coint" təşkilatı yarandı və yəhudilərin Krıma köçürülməsi başlandı. Burada 186 yəhudi kolxozu yaratdılar. Gələnlər əsasən Belarus, Ukrayna və Bolqarıstan yəhudiləri idi. 1923-cü ildə təşkilat Moskvada sərgi təşkil etdi və kənd təsərrüfatı texnikası, eləcə də digər ləvazimatlar nümayiş olundu. Hansı yəhudi Krıma köçsəydi, ona məskən salmağa kömək ediləcəkdi. Lenin həmin vaxt artıq xəstə idi, buna baxmayaraq, o sərgiyə getdi və bu işi təriflədi.
Amerika tatar torpağını pulla aldı
Sovet hökuməti 10 il ərzində "Aqro-Coint"dən gəlirin 5 faizini alırdı. Daha sonra SSRİ-də 900 min dollarlıq istiqraz vərəqələri - veksellər buraxıldı. Krım torpaqlarını paylara böldülər. Başlanğıc üçün Krım torpaqlarının aksiyalarını 200 insan aldı. Onlar arasında ABŞ-ın gələcək prezidenti Edvard Quver, Eleonora Ruzvelt (ABŞ prezidenti Ruzveltin arvadı - red.), Luis Marşall (Amerika hüquqşünası və ictimai xadim, XX əsrin ilk üç onilliyində ABŞ-ın ən böyük yəhudi liderlərindən biri, Nyu-Yorkun yəhudi elitasının təmsilçisi) də var idi. Sonra bir çox biznesmenlər, siyasətçilər, bankirlər Krım ərazinin səhmlərini almağa başladı. Yarımadanın təxminən bir neçə milyon hektar ərazisi var idi. SSRİ hökuməti əslində Krım vekselləri adı altında kredit götürürdü. Bu kreditlər 1954-cü ildə ödənməli idi, əks təqdirdə borcun qarşılığı olaraq, Krım amerikalılara veriləcəkdi.
Türk torpaqlarında yəhudi dövləti və tatar üsyanı
Stalin 1934-cü ildə Birobicanı (Birobican Rusiyada Yəhudi Muxtar Vilayətinin daxil olan şəhəridir - red.) yaratmaqla bu məsələni pozdu. Çünki Krımda tatarlar etiraza qalxdılar və yəhudiləri gətirən qatarları yarımadaya buraxmadılar. Tatarlar həmçinin, yəhudi qəsəbələrini dağıtmağa başladılar. Stalin bildirdi ki, "biz milli alovu yandıra bilmərik". İstiqrazlar amerikalılarda qaldı, kredit öhdəliyi isə davam edirdi.
1943-cü ildə Stalin Broz Titoya (II Dünya müharibəsinin sonundan vəfatına qədər Yuqoslaviyanın lideri olub - red.) şikayət edirdi ki, Amerika SSRİ-yə lendliz proqramına (ABŞ-ın II Dünya müharibəsində öz müttəfiqlərinə yardım proqramı) uyğun olaraq döyüş sursatları, hərbi texnika, ərzaq, strateji məhsullar göndərə bilmir. Amerikalılar onu bu proqramı dondurmaqla hədələyirlər. Çünki Amerikada yəhudi lobbisi çox güclüdür və Stalindən "Krım Kaliforniyası" layihəsini davam etdirməyi tələb edir.
"Amerikalılar mənə deyirlər ki, Krım məsələsinə görə biz ikinci cəbhəni aça bilmirik", - deyə Stalin Titoya deyirdi.
Həmin vaxt Stalin Krım tatarlarının deportasiyasını hazırlamağa başladı. Hansı ki, Krım tarix boyu türk torpaqları olub, oradakı tatarlar da bu ərazilərin sahibi idi. Lakin Krım Amerikanın maliyyə oliqarxlarına lazım olduğu üçün tatar türkləri öz torpaqlarından deportasiya olunmalı idi. Çünki tatarlar öz torpaqlarında yəhudi dövlətinin yaradılmasını istəmirdilər.
"Stalinə deyin ki..." - Məxfi məktub
Mixail Poltoranin danışır ki, onun əlində xüsusi məxfi qrifli məktub var. Hansı ki, 1945-ci ildə ABŞ-ın ticarət naziri Harriman Stalinlə görüşməli və Krım məsələsini həll etməli idi.
"Prezident Trumen sizin planlarınızı bəyənir. Lakin o, əlavə edir ki, SSRİ-nin Qara dəniz donanmasının bazasının Krımın ərazisində olması ilə yəhudi respublikasının mövcudluğu bir-birinə uyğun gəlmir. Krım silahsızlaşdırılmış zona olmalıdır. Stalinə xəbər verin ki, o, Sevastopoldan donanmanı çıxarmağa hazır olmalıdır", - deyə Harrimanın məxfi məktubunda deyilir.
Poltoranin davam edir: "Yəni Krımı sovet respublikası adlandırmırdılar. Krım müstəqil yəhudi dövlətidir və bu dövlətə təkcə bura daxil deyildi. Krımdan Abxaziya ilə sərhədə qədər, Soçi və Odessa da daxil olmaqla yəhudi dövləti olmalı idi. Yəni İsrail Fələstində yox, Krımda yaradılmalı idi".
"Biz kömək etdik, hər şey sona çatdı"
Stalin bu planla razılaşmır və mübahisə etməyə başlayır. O bildirirdi ki, 1897-ci ildə Bazel konqresində evsiz yəhudilərin Fələstində öz dövlətini yaratması haqda qərar qəbul edilib. İsrailin Fələstində yaradılmasına qarşı ingilislər çıxırdı. Çünki müharibə zamanı onlar Fələstini tutmuşdular və bura Britaniya mandatına daxil idi. Stalin isə 1946-cı ildə yəhudilərin ərəblər və ingilislərə qarşı döyüşməsi üçün Bolqarıstan vasitəsilə təchiz edilməsinə imkan yaratdı. Hansı ki, yəhudilərə minlərlə avtomat, pulemyotlar verilirdi.
Stalin sevinirdi: "Biz kömək etdik, İsrail Fələstində yaradılacaq, hər şey sona çatdı".
Stalinin Xruşşova ev tapşırığı və "Ağ kəklik" əməliyyatı
1953-cü ildə Xruşşov Krımı Ukraynaya verdi. Bu qərar əslində Stainin ev tapşırığı idi. Çünki bütün veksellər Rusiya hökuməti tərəfindən imzalanmışdı və İsrailin Fələstində yaradılmasına baxmayaraq, "Krım Kaliforniyası" ideyası qalırdı.
İsrailin SSRİ-də ilk səfiri olan Qolda Meir Moskvaya Krımı almaq üçün gəlmişdi. Lakin buna qarşı 50 min insanın iştirakı ilə mitinq keçirildi. Bu mitinqlər nəticəsində Krımın Ukraynaya verilməsi həyata keçirildi.
"Bu "Ağ kəklik" əməliyyatı idi. Bolşeviklər heç vaxt borc qarşılığında Krımı verməyə razılaşmazdılar. Qara dəniz - bura strategiyadır", - deyə Poltoranin deyir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar