Xəbər lenti
"Qarabağa dair intensiv danışıqlar başlamasa qazın qiyməti də artacaq...": Putin-Paşinyan söhbəti
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların yekunlarına dair özünün "Facebook" səhifəsində paylaşımlar edib.
Manevr.az virtualaz.org-a istinadla xəbər verir ki, Paşinyan onun Moskvaya səfəri kontekstində Qarabağ məsələsi barədə KİV-lərin çox yazdığını qeyd edib. Amma bildirib ki, onun Putinlə danışıqlarında Qarabağ məsələsinə dair heç bir müzakirə olmayıb.
"KTMT-də yaranmış vəziyyətlə bağlı isə qısa müzakirə oldu. Bizim mövqeyimiz bundan ibarətdir ki, instusional həll tapılmalıdır. KTMT-nin nizamnaməsinə dəyişiklik edilməlidir ki, gələcəkdə belə situasiya yarananda indiki kimi disputlar baş verməsin"-Nikol Paşinyan bildirib.
"Baqramyan 26" teleqram-kanalı (Ermənistan baş nazirinin iqamətgahının yerləşdiyi ünvan belədir-red.) isə iddia edir ki, Paşinyanla Putin arasında danışıqlarda Qarabağ məsələsinə toxunulub. Üstəlik Rusiya prezidenti şərt qoyub ki, Paşinyan Qarabağa dair Azərbaycanla intensiv danışıqlara başlamasa Ermənistana verilən təbii qazın qiyməti arta bilər.
"Kreml mesaj verib ki, Yerevanın energetika sferası tamamilə baş nazirin sözəbaxımlığından asılı olacaq. Ermənistan üçün qaz bahalaşmayacaq, bir şərtlə ki, Paşinyan bir daha KTMT-nin işini mürəkkəbləşdirməsin, Robert Köçəryanı azad etməyə razılaşsın (girov əvəzində zaminə buraxsın) , Moskvanın vasitəçiliyi altında Əliyevlə Qarabağa dair danışıqları intensivləşdirsin, Ermənistandakı bioloji laboratoriyalarda xarici mütəxəssislərin və hərbçilərin iştirakını istisna edən sənədi imzalasın"-həmin mənbə iddia edir.
Bildirilir ki, Putinlə dostluq edən Robert Köçəryanın azadlığa buraxılması məsələsində tərəflər razılıq əldə edə bilməyiblər. Digər məsələlərlə bağlı razılaşmanın əldə edilib-edilmədiyi də məlum deyil. Qapalı danışıqların yekunu olaraq Putinlə Paşinyan jurnalistlərin qarşısına çıxıb birgə bəyanatla çıxış etməyiblər.
***
Dünən Kremldə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan arasında keçirilmiş danışıqların əsas məsələsi – Rusiya qazının qiymətində endirim – cavabsız qalıb: tərəflər ümumi qərara gələ bilməyiblər. Paşinyanın öz "Facebook" səhifəsində yerləşdirdiyi bəyanatından belə qənaətə gəlmək mümkündür.
Eyni zamanda, keçirilmiş danışıqları şərh edərək, Paşinyan qeyd edib ki, Ermənistana nəql edilən Rusiya qazının qiyməti mövzusunda nikbindir. Sosial şəbəkədəki səhifəsində canlı yayımda baş nazir əvəzi belə deyib.
"Qazla bağlı qərar yoxdur, lakin müzakirələr davam edir. Əlbəttə, görüşdə qeyd olundu ki, hər iki tərəf üçün bu, həssas məsələdir", nikbin əhvalda olduğunu vurğulayan Paşinyan bildirib.
"Ümid edirəm ki, nəticələr bizim üçün arzuolunan olacaq, ən azı arzuolunmaz nəticələr olmayacaq", - danışıqlara yekun vurarkən Ermənistan hökumətinin başçısı qeyd edib.
Sözünün yekununda Paşinyan izləyicilərinin diqqətinə çatdırıb ki, tərəflər "ikitərəfli gündəliyin bütün məsələlərinə" toxuna bilməyiblər.
Qeyd edək ki, hazırda Ermənistan Rusiyadan qazı sərhəddə 1000 kub metri 150 dollara alır, lakin istehlakçılara həmin qaz iki dəfə baha qiymətə satılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar