Xəbər lenti
İrəvan təşvişdə: "Ermənistan Qarabağı itirə bilər…"
"Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqlarda əlini gücləndirdi".
Bunu Ermənistan Daşnaksütyun Partiyasının lideri Kiro Manoyan deyib.
O, Ermənistan və Azərbaycan arasında Vyana (Avstriya) və Sankt-Peterburqda (Rusiya) keçirilmiş görüşlərdə əldə edilən nəticələrin Azərbaycanın xeyrinə olduğunu bildirib:
"İndi müzakirə mövzusu atəşkəs rejiminin pozulması deyil. Çünki Ermənistan və Azərbaycan rəhbərləri pozuntu hallarının sayının azaldılması üçün razılığa gəlib və bu də öz müsbət nəticəsini verir".
Kiro Manoyanın iddiasına görə, Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalar Dağlıq Qarabağın Ermənistan üçün itirilməsi ilə nəticələnə bilər.
Daşnakların lideri ABŞ-dan Ermənistana Qarabağla bağlı təzyiqlərin ediləcəyinə də diqqət çəkib: "Qısa müddətdən sonra ABŞ-dan Ermənistana təzyiqlər başlayacaq. İrəvandan Qarabağ məsələsində güzəştlər tələb ediləcək". teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar