Xəbər lenti
"Məddahlıq Səməd VURĞUN yaradıcılığında elə sistemləşib ki..."
Azərbaycanlı professordan Səməd Vurğun haqqında ağır ittihamlar
Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun yaradıcılığı və şəxsiyyəti müasir dövrdə zaman-zaman müzakirələrə, mübahisələrə səbəb olur. İnsanların bir qismi onu Azərbaycan ədəbiyyatının, şeirinin ulduzu, digər qismi isə Sovet sisteminin yetişdirib irəli verdiyi "saray şairi" kimi təqdim edir.
1992-93-cü illərdə prezident Əbülfəz Elçibəyin müşaviri olmuş professor Aydın Abbasov da (Türkaydın) Səməd Vurğunun şəxsiyyəti və yaradıcılığı ilə bağlı maraqlı, eyni zamanda birmənalı qarşılanmayacaq fikirlər səsləndirib.
Manevr.az Aydın Abbasovun moderator.az-a verdiyi müsahibəsini təqdim edir:
- Aydın müəllim, bildiyimiz qədər, bir zamanlar Səməd Vurğunu çox sevsəniz də, sonradan ona münasibətiniz mənfi mənada dəyişib. Səbəbini bilmək olarmı?
- Uşaq yaşlarından valideynlərimiz və müəllimlərimiz Səməd Vurğun poeziyasını bizə aşılayıb və sevdiriblər. Bütün sovet gəncləri kimi mən də bu poeziyanı sevmişəm. Bir qədər yaşlandıqdan, elmin, ədəbiyyatın vəzifəsini, mahiyyətini anladıqdan sonra bu poeziya ətrafında düşünməyə başlamışam. Düşüncələrimlə yanaşı son bir neçə ildə Səməd Vurğun yaradıcılığı ətrafında ziddiyətli yazılar da oxumuşam. Kimlərsə də Səməd Vurğunu saray şairi, ideasız, ideologiyasız, boş tərif yazan, mədəni aşıq adlandırır. Kimlərsə də onu dahi hesab edir. Doğrudur, deyirlər sənətkar haqqında danışanda zamanı nəzərə almaq lazımdır. Lakin məsələyə bu şəkildə yanaşmaq doğru deyil. Zaman elə eyni zamandır. Dəyişən və dəyişməyən əqidədir və insandır.
Səməd Vurğun yaşayıb yaratdığı dövrdə Azərbaycanda ən imtiyazlı adam olub. Sovet dövləti onu geninə boluna barındırıb. Stalin mükafatları, xalq şairi, millət vəkili, ali savadı - yəni diplomu olmadığı halda akademik və s. və i. a. Reklamı isə gecə-gündüz. Bu dediyimiz imtiyazlar tək ona aid deyildi. Sovet-Komminist ideologiyası belə idi ki, xalqları əz, diz çökdür, lakin onun içərisindən birini və ya ikisini seç barındır, reklam elə. O da səni tərifləsin, dünyada da elə fon yaransın ki, Sovet idarə maşını ədalətlidir, beynəlmiləldir, humanistdir, əsl sənətə qiymət verəndir və s.
- Nəyə görə bir tək Səməd Vurğun?
- Bu eşalonda Səməd Vurğun tək deyildi. Dağıstanı məhv eləyib Rəsul Həmzətovdan ulduz düzəltmək, Türküstanı məhv edib Cambul Cabayevdən dahi yaratmaq, Qırğızıstanı məhv edib Çingiz Aytmatovu reklam eləmək və s. Bu siyahını uzatmaq da olar. Doğrudur, Çingiz Aytmatovun yaradıcılığı bir qədər sonrakı dövrlərə düşdüyündən xeyli fərqlidir. Onda insanı düşündürən anlar kifayət qədərdir. O, filosof idi.
Təsadüfi deyildi ki, Lenin M.Qorkini vəsf edirdi, Stalin V.Mayakonskini, N.Xruşşov M. Şoloxovu. Guya bu rəhbərlər çox savadlıdırlar və ədəbiyyatı sevirlər. Əslində bu düşünülmüş mexanizm idi. İnsanların başını aldatmaq, idarə etmə mexanizmi yaratmaq, yaltaqlığa yol açmaq idi. Bu da təsadüfi deyil ki, özündə bir balaca cəsarət tapan və yaxud zamana uyğunlaşan R.Həmzətov “Mənim Dağıstanım” kitabında yazırdı: “Son vaxtlar oxuculardan tez-tez məktublar alıram. Onlar mənə yazırlar Həmzətov həmin Həmzətovdur ki, 50-ci illərdə Şeyx Şamili söyüb, ona hədyanlar yazırdı, indi, yəni 60-cı illərdə onu vəsf edir və qəhrəman sayır”.
Cavabında deyirəm, bəli, bu elə həmin Həmzətovdur. 50-ci illərdə uşaq idi, indi yaşa dolmuş, müdrikləşmiş Həmzətovdur. Bu, bir insanın səhvlərini başa düşdükdən sonrakı etirafıdır.
- Söhbətimiz başqa səmtə yönəlir...
- Yox, bunu deməkdə də məqsədim eynidir. Bu etirafı hətta gürcülərdə gördük “Etiraf” filmi XX və XXII partiya qurultaylarında Stalinin qeyri insani, vəhşi siması aşkar olunduqdan sonra onun sevimli yazıçısı, SSRİ yazıçılar İttifaqının sədri, Səməd Vurğunun dostu Aleksandr Fadeev özünü güllə ilə vurub öldürdü. Görəsən bizdə də belə bir şey ola bilərmi? Əstafurulla.
Gözəl şairimiz, eyni zamanda böyük ədəbiyyatçı alim, proffessor Bəxtiyar Vahabzadənin auditoriyada dərs zamanı bizə danışdığı bir epizodu yada salmaq istəyirəm. O, danışırdı ki, bir gün K.Marks (indiki fantanlar meydanı) bağının yanından keçirdim. Şair Osman Sarıvəlliyə rast gəldim. Mənə dedi ki, gedirəm S.Vurğungilə, həvəsin varsa gedək, o, ağır yataqdadır. Qoşuldum ona getdim, o ərəfədə onun poeziyasından dissertasiya yazırdım. Yol üstü gördük ki, Vurğunun çapa hazırlanan üç cildliyinin birinci cildini satırlar. Osman müəllim birini aldı və dedi, indi Səmədi sevindirəcəyik. Evə gəldik, Səməd Vurğun yataqda idi. Osman müəllim onunla gənclik yoldaşı olduğundan ərklə dedi: “Ayə çoxmu yatassan qalx, millət səndən yeni şeirlər gözləyir. Al, budur ey üç cildliyin birinci cildi çıxıb”. Vurğun bir qədər dirçəldi və uşaq sevinci ilə kitabı vərəqləməyə başladı. Birinci səhifədən başlayaraq uzun-uzadı “rəhbərə salam, rəhbərin şineli, rəhbər, rəhbər, partiya, komsomol” şeirləri düzülmüşdü. Birdən kitabı büküb evin ortasına atdı və dedi: “Ə, bunu nəyə gətirmisən, mən ölməmiş mənim yaradıcılığım ölüb ki!” Bir qədər fikirləşdikdən sonra isə dedi: “Vse toki on velikiy çelovek!” Bəxtiyar müəllim deyirdi ki, o, bəzən hirslənəndə rusca danışırdı.
Oxucu necə düşünür bu azərbaycansayağı etirafdırmı? Mən ölməmiş, mənim yaradıcılığım ölüb deyən ölüm yatağındakı insan bundan bir neçə il əvvəl özünə müəllim saydığı sənətkar haqqında deyirdi:
“Azərbaycan şairi olsa da murdar adın
Sultanların, şahların sinisini yaladın
Sənin o murdar adın torpaqlara gömüldü
Hələ özün ölməmiş sənin sənətin öldü.
Diqqət yetirin böyük “uzaqgörənlik”. Və kim kimə nə deyir. O murdar adlandırılan şəxs heç bir məmuru, heç bir yalançı qəhrəmanı vəsf eləməyib. Əksinə millətin bütövlüyü gələcəyi uğrunda Sibir türməsindən, ölümdən belə qorxmayıb, Səməd Vurğun yaradıcılığının baş qəhrəmanı Stalin, kommunist partiyası və komsomoldur.
- Aydın müəllim, belə deyirlər ki, Səməd Vurğun Stalini məcburiyyətdən vəsf edirdi, bu, bir növ özünü müdafiə məqsədi daşıyırdı...
- O dövrdə axı çox şairlər Stalinə şeir həsr edib. Amma gəlin bir qədər diqqətlə baxaq. Bir var özünü müdafiə üçün bir-iki şeir və ya poema yazasan, bir də var ona vurulasan, ona məftun olasan, Vurğundakı Stalinə vurğunluqdur. Onun şinelinə, yerişinə, duruşuna, ədalarına, şərəfsizliklərinə, onun partiyasına, onun komsomoluna heyran olmaqdır. “Qardaş müqəddəsdir bizim qanunlar, Rəhbərin əlilə yazılmış onlar” - fanatizm deyilmi bu? Və yaxud:
“O kimdir, o nədir canlı bir insan
Əynində boz rəngli adi bir şinel
.................................................
İsinir qoynunda hər oba, hər el”.
Bu sözlər o adama ünvanlanır ki, Krım türkünü evindən-eşiyindən çıxarıb, uşaq-qoca demədən mal vaqonlarına dolduraraq bir gecənin içində Qazaxıstan və Sibir çöllərinə göndərir. Axıska türklərini onlardan da ağır vəziyyətə salır. Azərbaycan türklərinə isə daha “isti qucaq” göstərir. Tiflisdə yaşayan azərbaycanlıları İran təbəəsi adı ilə Tiflisdən sürgün etdirir, Azərbaycanda yaşayan türkü dədə-baba yurdundan sürgün etdirir, bir ildə 36 min ziyalısın həbsdən, qılıncdan keçirir. Bununla ürəyi soyumur bütün azərbaycanlıları Azərbaycandan köçürmək istəyir, sonra neft fəhləliyinə və başqa xeyir götürmə naminə köçürmür, ancaq adını və dilini əlindən alaraq, əlifbasını dəyişdirərək yaddaşını əlindən alır. Yəni bütün bunları bizim sevimli şairimiz bilmirdi? Bilirdisə, onda Stalinlə onun fərqi nə idi.
- Bəlkə bilmirmiş?
- Bilmirdisə daha pis. Belə bir deyim var. Deyirlər şairlər millətin hayqıran səsidir. Hayqıran səs dedikdə biz nə başa düşürük. Bir qrup kor şeyxdən gözlərinin açılmasını diləyir:
“Ya Şeyx! Görmək istiyoruz:
Şeyx: Nəyi görmək dilərsiniz bilməm
Yanıyor zülm içində həp aləm
Görməməkçin bu çirkinlikləri siz
Yalvarıb həmdü Həqqə şükr ediniz”.
Və yaxud: “Hər gülən yüzdə ölüm qan görürəm
Pək yaxın dostları düşmən görürəm
Yurdu sarmış qabaqlıq yaltaqlıq
Yüksəliş varsa səbəb alçaqlıq!”
Budur şairin hayqırığı, şairi dincəlməyə qoymayan gerçəklik.
Yoxsa: “Əyninə geydiyin o qızıl köynək
İgidlər qanından bir yadigardır
Gəl əziz bayramım bir də öpüşək
Eşqinlə çırpınan nə bəxtiyardır”.
Nə qızıl köynək? Hansı igidin qanıdır o? Hansı eşqdən danışırıq? Bu qədər saxtakarlıq, sünilik kimə lazımdır?
Və yaxud: “Əzəl mübtədası partiyamızdır?
Hər sözü səfası partiyamızdır!
Həyat simfoniyası partiyamızdır!”
Və s. və ilaxır. Budur bizim dahiliyimiz? Hanı o əzəl mübtəda, hanı həyat simfoniyası, hanı o qızıl köynək? Bu dərəcədə vurğunluq, bu dərəcədə ətrafı görməməzlik əgər dahilikdirsə, onda məddahlıq nə deməkdir? Stalinə, partiyaya edilən məddahlıqla bitmir. Bu, böyük şairimizin yaradıcılığında elə bir şəkil alıb, elə sistemləşib ki, onun qəhrəmanları da idealına uyğun, saxta varlıqlardır.
Misal üçün: “Anan səni doğanda adına Bəsti dedi, Əllərimi bu fələk oğuldan kəsdi dedi”. Bu qəhrəman kimdir? Sovet quruluşu başdan-başa yalan və böhdan üzərində qurulduğundan onun qəhrəmanları da yalandan düzəldilmiş saxta qəhrəmanlar idi. O cümlədən şairimizin vəsf etdiyi Bəsti Bağırova. Bəstinin yaşadığı rayonun partiya rəhbəri MK-dan tapşırıq alır ki, pambıqçıların əmək qabiliyyətini artırmaq üçün nümunəvi obraz, yəni qəhrəman düzəltmək lazımdır. Yaşı təxminən filan, boy-buxunu filan və s. Bu ölçü də Bəsti Bağırova uyğun gəlir. Rayon partiya rəhbərinin tapşırığı ilə bir neçə kolxozçu qızın yığdığı pambıq Bəstinin adına yazılır. Guya Bəsti bir gündə 100 kq pambıq yığır. Bu nəticə ilə Bəsti olur Sosialist əməyi qəhrəmanı və bütün kolxozçu qızlar ona bənzəməli!
Üstündən bir müddət keçdikdən sonra Stalin, M.C.Bağırov tandeminin planına görə vicdanlı, savadlı, vətənsevər rayon katibini həbs etmək üçün ittiham arqumenti tapmadığından NKV-dinin göstərişi ilə Bəsti Bağırova məhkəmədə katibin üzünə duraraq deyir: “Sən pambıq kollarının arasında tikan əkdirirdin ki, biz pambıq yığanda əllərimizə batsın ki, plan dolmasın”. Bu əclaf, yaramaz ittihamla namuslu ziyalı 18 il Sibir türmələrində həbs cəzası çəkir. Budurmu bizim dahi şairimizin qəhrəmanı?
Yaxud, M.P.Vaqif, İbrahim xan, vətənpərvərliyi və Ağa Məhəmməd Şah Qacar münasibəti. Qacar türk dünyasının möhtəşəm sərkərdəsi. Satqın, karyerist, öz kiçik kəndini şahlıq sayan, öz mənafeini millət mənafeindən üstün tutan başıboş xanları bir araya gətirib bütöv bir Azərbaycan yaratmaq istəyən Ağa Məhəmməd şahı düşmən elan edib rus vassalları Vaqif və İbrahim xandan qəhrəman düzəldən dahi kimə xidmət edirdi? Azərbaycan xalqının qəddar düşməni, qaniçən general Sisiyanovu qəhrəman, onu öldürən azərbaycanlı cəngavəri düşmən saymaq mütləq idi?
“Bəli bakılıyam öz şöhrətim var, Ulu babam olmuş iyirmi altılar”. Nə böyük vətənpərvərlik imiş... Əlbəttə, bu cür nümunələri daha da artırmaq olar. Düşünürəm ki, lüzum yoxdur.
- Aydın müəllim, qorxmursunuzmu ki, bu dediklərinizdən sonra sizi Səməd Vurğun düşməni elan edələr?
- Mən Vurğun sevərlərdən də artıq onun şeirlərini əzbərdən deyərəm. Səməd Vurğunun oğlu rəhmətlik Vaqiflə də qırx ildən çox dostluq eləmişik. Lakin bu şəxsi dostluq, ailə səmimiliyi ayrı şeydir. Həqiqət, fakt ideoloji düşüncə ayrı şeydir. Aristotel deyirdi ki, Platon və həqiqət mənə çox əzizdir, lakin mənim müqəddəs borcum məndən həqiqətin tərəfində durmağı tələb edir.
- İndiyədək tənqid edirsiniz ancaq. Tamam, ideologiyanı bir kənara qoyaq, bəs şeiriyyətini necə, onu da bəyənmirsiniz?
- Şair təbinə, söz düzümünə gəldikdə, bəlli şeiriyyat axıcıdır. Bu axıcılıq Aşıq Ələsgərdə də var:
“Könül sənki düşdün yarın bəhrinə
Narın çalxan, narın silkin, narın üz
Dost səni bağrına qonaq eyləsə
Almasın dər, gülün iylə, narın üz”.
Burada lirika, təşbeh, bənzətmə heç də Vurğun şeirindən kəm deyil. Heç kim onu dahi kimi vəsf eləmir.
Səməd Vurğunun Azərbaycan şeiri daha çox təbliğ olunur. Şeir deyənlər çox həvəslə poeziya nümunəsi kimi onu təbliğ edirlər. Gəlin oradan Azərbaycan sözünü götürək. Azərbaycanı xarakterizə edən heç bir atribut yoxdur. Azərbaycan yerinə istədiyin coğrafi məkanı ora qoymaq olar. Heç nə dəyişməz, çünki obraz görünmür. Axırıncı bəndi isə şeir deyənlər oxumur. Çünki utanırlar. Yənə də:
“Dinlə məni gözəl vətən, bir səs gəlir ürəyimdən.
Stalinin eşqilə sən, güləcəksən hər bir zaman Azərbaycan, Azərbaycan”.
- Şeirlərindəki sətiraltı mənaları necə, onları da qəbul etmirsiniz?
- Hansı sətiraltı fikirləri?! Bəzi Vurğunsevərlər çalışır ki, ondan “disvident” və ya başqa cür düşünən düzəltsinlər, ancaq bu hüç cürə alınmır. Çünki, onun pafosu, deyim tərzi qışqırır ki, bəli mən kommunistəm, mən Stalinistəm, partiya və rəhbərlik nə deyirsə mən onun carçısıyam!
Onun şeirlərində azad fikirliyi görməyən insanları qafası qıfıllı, poeziyadan xəbərsiz, qərəzçi saymaq çox böyük ədalətsizlikdir. Adətən insanlar eşitmək istədiklərini eşitməyəndə qarşısındakını bəyənmir, hətta ona düşmən gözü ilə baxırlar. Bu fikir Azərbaycanda daha qabarıq şəkildə özünü göstərir: “Mən bir uşaq, sən bir ana və ya “Hankı səmtə, hankı yana”, burada heç bir şimal-cənub anlayışı yoxdur. Bu Vurğuna olan sevginin fantastik təzahürüdür.
Kommunist şair saydığımız Süleyman Rüstəm: “Araz, hər yaz şimalında, cənubunda bahar birdir. Bu torpaqda, o torpaqda qərənfil, yasəmən birdir”. Bu misralardan sonra Süleyman Rüstəmi asmadılar. Vətən sevgisi olan sənətçi sözünü deyir.
Səməd isə yazır: “Qonaq gəlir bizə quşlar, zülm əlindən qurtarmışlar”. Burada oxucunun və ya Vurğunsevərin “şərhi” yox, əsl məna budur ki, kommunist şairə görə dünyada tək bir azad ölkə var, o da Sovetlərdir. Digər ölkələrdə nəinki insanlar, hətta quşlar zülm içində yaşayır. Zülmdən qurtarmaq üçün Sovet Azərbaycanına gəlirlər.
“Mənim Vətənimdə insan azaddır, söz azad, saz azad!
Bu qanun, bu hüquq, bu haqq mənimdir.
Yellənən al rəngli bayraq mənimdir” - deyən adam sətiraltı nə isə deyə bilməzdi, çünki o, Stalinist, kommunist idi.
(Aydın Abbasov Elçibəyin qardaşı Almuradın evindəki otağında. 16 noyabr 1989-cu il)
Rumiyyə MİRASLAN

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar