Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qadını yeddi il əvvəl öldürərək basdıran şəxsin atası və tanışına da hökm oxundu

Tarix: 09-02-2024 22:52     Baxış: 3282 A- / A+

Ağsu Rayon Məhkəməsində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmədə təqsirləndirilən Bilal Vəliyev və Arif Manafovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar onlara cəza təyin edilməyib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar 5 il sonra Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif Manafov şübhəli şəxs qismində saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində sevgilisi Ayşən Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və tanışı Bilalın köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıb. pravda.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar