Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qadın həbsxana işçisi məhbus manyakla sevişdi

Tarix: 04-05-2023 06:31     Baxış: 3227 A- / A+
İngiltərədə həbsdə olan qatil manyak  ilə romantik münasibət quran həbsxana işçisinə qarşı istintaq başladılıb.

HMP “Belmarsh”ın əməkdaşı Londonda vəkil Zara Alinanı qətlə yetirən Cordan MakSuini ilə romantik münasibətdə olduğu iddialarına görə işdən uzaqlaşdırılıb. Dekabrda o, 2021-ci ilin iyununda bardan evə gedərkən hücum etdiyi 35 yaşlı Alinaya qarşı cinsi təcavüz və qətlə görə 38 il azadlıqdan məhrum edilib.

Həmin axşam cinayətkar digər qadınlara təcavüz edib, lakin sonda hüquq fakültəsinin məzunu Zara Alinanın arxasınca getməyə qərar verib. Qətldən bir neçə gün əvvəl MakSuini təcavüz və bıçaq saxladığı üçün həbsxanadan azad edilibmiş.

Sonra o, istənilən qadın üçün təhlükəli bir şəxs kimi təsvir edilib. Buna və məişət zorakılığı tarixinə baxmayaraq, britaniyalı orta riskli cinayətkar kimi təsnif edilib.

Böyük Britaniyanın ən təhlükəsiz həbsxanasının 32 yaşlı əməkdaşı dövlət müəssisəsində qanunsuzluqda şübhəli bilinir. Xüsusilə, söhbət MakSuini ilə intim münasibətdən gedir. O, artıq 29 yaşlı məhbusla romantik münasibətdə olduğu iddiaları ilə bağlı dindirilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar