Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şamaxıda məktəb direktoru şagirdin bir neçə şəxs tərəfindən zorlanmasını ört-basdır edir?

Tarix: 07-04-2023 21:04     Baxış: 4303 A- / A+
Şamaxıda məktəb direktoru şagirdin bir neçə şəxs tərəfindən zorlanmasını ört-basdır edir?Şamaxı rayonunda məktəbli qızın bir neçə şəxs tərəfindən zorlandığı iddia ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi açıqlama verib.

Qurumdan bildirilib ki, hadisədə adları qeyd edilən şəxslərdən biri həmin məktəbin X sinif şagirdidir:

"Bu hadisə ilə əlaqədar ötən gün Dağlıq Şirvan Regional Təhsil İdarəsinə məktəb direktoru tərəfindən məlumat verilib. Bildiririk ki, bu məsələ ilə əlaqədar hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məlumat veriləcək".

İdarədən əlavə edilib ki, məktəb direktorunun həmin məsələnin üstünün bağlamasına çalışması haqqında onlara heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Şamaxı rayonunda məktəbli qızın bir neçə şəxs tərəfindən zorlandığı iddia edilib.

Bildirilib ki, rayonun Sabir qəsəbəsi Alxan Alxanov adına orta məktəbdə oxuyan 11-ci sinif şagirdinə qarşı bu əxlaqsızlığı edənlərdən biri məktəbin şagirdidir. Edən şəxslər arasında əmisi oğlunun da olduğu qeyd edilib.

Məlumata görə, məktəbin direktoru məsələnin üstünü bağlamağa çalışır. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar