Xəbər lenti
“Ermənilər apreldə itirdiklərini geri qaytarmağa çalışır”
“Təmas xəttində baş verən son hadisələr nəticəsində ermənilər birdəfəlik əmin oldular ki, onlar Azərbaycan torpaqlarında nəinki qalıb möhkəmlənə, imkanlarını genişləndirə bilərlər, əksinə, yaxın zamanlarda burada əldə etdikləri bütün mövqeləri geri verməli olacaqlar”.
Manevr.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Vitse-spikerin sözlərinə görə, Ermənistan tərəfindən təmas xəttində törədilən son təxribatın arxasında birmənalı şəkildə onun təcavüzkar siyasəti və bu siyasət nəticəsində güddüyü maraqlar, eyni zamanda, Ermənistanı bir alət kimi istifadə edən müəyyən dairələrin maraqları dayanır.
Ermənistanın hazırda status-kvonun uzanması, onun saxlanması üçün səylər göstərdiyini vurğulayan B.Muradova əlavə edib ki, Ermənistan aprel döyüşlərində itirdiyi mövqeləri geri qaytarmağa çalışır: "Məqsəd də budur. Ona görə də vaxtaşırı belə təxribatlarla Azərbaycan ərazisinə soxulmaq istəyir və çox layiqli də cavabını alır".
B.Muradova əlavə edib ki, Azərbaycan vətəndaşlarının getdikcə daha çox artan əzmi, cəsarəti, Ordunun döyüş qabiliyyətinin getdikcə daha çox yüksəlməsi ermənilərə onların bu hərəkətlərinin qarşısını qəti şəkildə alacağı barədə həqiqətləri anladır:
"Ermənilər həm aprel döyüşlərində, həm də törətdikləri son təxribatlardan sonra anladılar ki, Azərbaycanla əvvəlki dildə danışa bilməzlər. Ermənilər son hadisələrdə bir daha öz qəti cavablarını aldılar. Onlar birdəfəlik əmin oldular ki, Azərbaycan ərazisində qalıb möhkəmlənə bilməzlər".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar