Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan terrorla hədələndi - Jirinovski Solovyovun verilişində ölkəmizi təhdid etdi

Tarix: 27-10-2020 14:50     Baxış: 5188 A- / A+
Azərbaycan terrorla hədələndi - Jirinovski Solovyovun verilişində ölkəmizi təhdid etdi


Azərbaycana və bütünlükdə Türk dünyasına qərəzli münasibəti ilə tanınan rusiyalı siyasətçi Vladimir Jirinovski Solovyovun "Solovyovla bazar axşamı” verilişində Türkiyə və Azərbaycanı təhdid edib.


Azərbaycanı şimaldakı kiçik fars xanlığı, azərbaycanlıları isə türklərlə farsların qarışığından əmələ gələn türkdilli xalq adlandıran Jirinovski Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün absurd təklifi ilə diqqətə gəlib.

O, bildirib ki, Rusiya Ermənistanla Azərbaycana hərbi əməliyyatları dayandırmaqla bağlı ultimatum verməli və qarşıdurmaya son qoyulmayacağı təqdirdə Rusiya ordusu münaqişəyə müdaxilə etməlidir.

Jirinovski bildirib ki, Azərbaycanın və Ermənistanın əraziləri Rusiyanın maraq dairəsinə daxil olan zonalardır:

"Bu səbəbdən türklər, farslar və ümumiyyətlə ruslardan başqa hər kəs bu bölgədən uzaq durmalıdır. İki ölkə arasında atəşkəs elan olunmasa, Rusiya donanması Xəzər dənizindən Azərbaycana, Rusiya ordusunun qüvvələri isə Gürcüstandan (Gürcüstanı tar-mar edərək-red) Ermənistana keçməlidir.

Jirinovski bildirib ki, yalnız bu halda iki ölkə cürət edib bir-birinə atəş aça bilməz: "Çünki hər ikisinin ərazisində Rusiya ordusu olacaq”.

Jirinovski onu da bildirib ki, bəzi məsələlər haqqında ucadan danışmaq olmaz, onlar gecə yarısı, ya da səhər saat 6-da səssiz gerçəkləşdirilir. İranı xatırladan Jirinovski açıq-aşkar terror aktlarından söz açıb.

Siyasətçi xatırladıb ki, İran hansısa ölkənin ona təcavüz etməyə cəhd etdiyi təqdirdə, bütün dünyada terror aktları həyata keçirəcəyini bildirib. O həmçinin vurğulayıb ki, İranın dünyanın bütün ölkələrində terror aktı törətməyə qadir və hazır olan adamları var. Siyasətçi Rusiyanın da bu təcrübədən istifadə etməli olduğunu bildirib./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar