Xəbər lenti
“Mənimlə məzara gedəcək sirlərim var” - Mursinin son sözləri
Məhkəmə zalında vəfat edən Misirin sabiq prezidenti Məhəmməd Mursinin son sözləri üzə çıxıb.
Manevr.az xəbər verir ki, o, məhkəmə zamanı ölkəsinin təhlükəsizliyi ilə bağlı vacib sirlərə sahib olduğunu bildirib.
Məhkəmə prosesinin gedişatından narazı olduğu bildirən Mursi həmin sirlərin özü ilə birlikdə məzara gedəcəyini söyləyib:
"İndiyədək məhkəmədə nələr baş verdiyini anlamıram. Nə vəkil görürəm, nə də mətbuat. Ortada bir məhkəmə də görmürəm. Məhkəmə tərəfindən təyin olunan vəkil də məni müdafiə edəcək biliyə sahib deyil. Məhkəmədən gizli bir proses istəsəm də, bu istəyim rədd edildi. Ancaq ölkəmin təhlükəsizliyi, əminamanlığı üçün mənimlə məzara gedəcək sirlərim var".
Qeyd edək ki, Məhəmməd Mursi Misirin demokratik yolla seçilmiş ilk prezidenti olub.
2012-ci ildə xalq tərəfindən prezident seçilən Mursi bir il sonra hərbi çevriliş nəticəsində tutduğu postdan uzaqlaşdırılıb.
67 yaşında vəfat edən Misirin sabiq prezidenti casusluqda təqsirləndirilirdi./qafqazinfo/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar