Xəbər lenti
Çətin ziyarət edilən ölkələr - çoğrafi və siyasi əngəllər (siyahı)
Dünyada sərhədlərin yavaş-yavaş ortadan qalxdığı, bir yerdən başqa bir yerə çox daha asan bir şəkildə çata bildiyimiz bir dövrdəyik. Ancaq yenə də dünyanın bəzi bölgələrinə getmək çox da asan deyil. Bunda siyasi, iqtisadi və coğrafi səbəblər rol oynayır.
Manevr.az xəbər verir ki, musavat.com Türkiyə mediasına istinadən dünyada ziyarət edilməsi ən çətin 12 yerin siyahısını hazırlayıb:
Butan
Hindistan və Çin arasında yer alan Butan krallığının ətrafı Himalay dağları ilə əhatəli olduğu üçün ora çatmaq çox çətindir. 1874-cü ilə qədər xaricilərin ziyarətinin qadağan edildiyi Butana bu gün sadəcə iki hava yolu şirkəti uçuş gerçəkləşdirir. Butana getmək istəyənlər səfər, gecələmə və yemə xərclərini ziyarət öncəsi toplu halda ödəməlidir.
Kiribati
Sakit Okeanda yerləşən Kiribati bir-birindən olduqca uzağa yayılmış adalardan ibarətdir. Eyni anda iki fərqli günü yaşayan Kiribati, uzaqda yerləşməsinə görə ora getmək çox zəhmətlidir. Üstəlik, Kiribatiyə getmək istəyən bütün ölkə vətəndaşlarının viza alması lazımdır.
Nauru
Okeanın bir digər ada ölkəsi olan Nauru Avstraliyanın qeyri-qanuni qaçqınlarını göndərdiyi yer olaraq tanınır. Sadəcə, Avstraliyadan uçuşların olduğu Nauruya getmək üçün turistlər öncə Avstraliyaya gəlməlidir.
Şimali Koreya
Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyaya getmək olduqca çətindir. Çindən və bir neçə başqa nöqtədən gerçəkləşdirilən səfərlər xaricində ölkəyə çatmaq demək olar ki, qeyri-mümkündür. Turistlərin sadəcə tur operatorun müşayiəti ilə və öncədən müəyyənləşmiş yerləri gəzə biləcəyi Şimali Koreyada turistlərin yeli xalqdan kimsə ilə dialoq qurması da yasaqdır.
Rusiya
Dünyanın ən böyük ölkəsi olan Rusiya uzaq məsafələrə görə səyahət etməsi olduqca çətin bir ölkədir.
Özbəkistan
Orta Asiya ölkəsi olan Özbəkistana getmək istəyən bir çox ölkə vətəndaşı öncədən bir dəvətnaməyə sahib olmağa məcburdur. Bundan başqa, ziyarətləriniz zamanı Daxili İşlər Nazirliyinə də qalacağınız yeri bildirməyə məcbursunuz.
Türkmənistan
Türkmənistan Özbəkistanın qonşusu Türkmənistanda da ölkəni ziyarət etmək üçün bənzər bir proseduru gözə almalısınız.
Somali
Daxili savaşın yaşandığı Somali turistlər üçün olduqca çətin bir coğrafiya sayılır. Somaliyə birbaşa uçuşlar Türkiyə üzərindən gerçəkləşdirilir.
Liviya
Somali kimi Afrika ölkəsi olan Liviya da daxili qarışıqlıqlara görə turistlər üçün olduqca çətin bir ölkədir.
Anqola
Dünyanın bir çox ölkəsinə viza tətbiq edən Anqolada bu prosedurlar bir neçə həftə davam etdiyi üçün ölkəyə girmək olduqca çətindir.
Qrenlandiya
Xarici işlərində Danimarkaya bağlı olan Qrenlandiya xarici işlərində Danimarkaya bağlı olan Qrenlandiya dünyanın ən böyük adası olmaq özəlliyini daşıyır. Çox böyük hissəsi buzluqlarla bağlı olan adada təxminən 50 min nəfər yaşamaqdadır. Amma məsafələrin uzunluğu və sərt iqliç şərtləri Qrenlandiyanı ziyarət üçün olduqca çətin bir yerə çevirməkdədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar