Xəbər lenti
SSRİ-ni bərpa edək: Sovet dövrünün xiffətini kimlər çəkir
Polşanın “Newsweek” jurnalı keçirilmiş sorğunun nəticələrinə istinadən bildirir ki, Rusiya əhalisinin üçdə ikisi SSRİ-nin dağılmasına görə təəssüf hissi yaşayır. Onların 30 faizi gənclərdir. Hətta SSRİ dövründə yaşamayanlar belə o çağların həsrətini çəkir.
Yuri Levadı adına müstəqil sorğu mərkəzinin araşdırmaları göstərir ki, son 14 ildə oxşar sorğular zamanı qeydə alınmış nəticələr kölgədə qalıb. 66 faiz SSRİ-nin bərpasını istəyir, 25 faiz isə buna qarşı çıxır.
Polşa jurnalı bildirir ki, SSRİ 22.4 milyard kv.km ərazi ilə dünyada birinci yerdə idi. Hazırda həmin ərazidə 293 milyon insan yaşayır. Onların 146 milyon nəfəri Rusiyanın payına düşür.
Sorğuya qatılanların 60 faizi hesab edir ki, SSRİ-ni dağılmaqdan xilas etmək olardı. O da maraqlıdır ki, SSRİ-yə böyük şəhərlərdə elə bir maraq yoxdur. Rusiyanın əyalətləri üçün isə bu mövzu xüsusi aktuallıq daşıyır.
Yuri Levadı adına müstəqil sorğu mərkəzinin sosioloqu Lev Qudak SSRİ-yə rusların belə maraq göstərməsinin səbəbini Rusiyadakı hazırkı durumla izah edir. Rusiyada vəziyyət rusların ürəyincə deyil. Onlar hesab edir ki, Rusiya iqtisadiyyatı lazım olan tərəfə doğru getmir.
Qeyd olunur ki, 1999-cü ildə SSRİ-nin xiffətini çəkənlər daha çox idi:74 faiz. 2000-ci ildə isə bu göstərici ən yüksək nöqtəyə çatıb:75 faiz.
Polşa jurnalı xatırladır ki, 8 dekabr 1991-ci ildə SSRİ rəsmən ləğv edildi. Rusiya, Ukrayna, Belorus Müstəqil Dövlətlər Birliyini yaratdı. Daha sonra isə digər ölkələr də bu quruma qoşuldu.
Elbəyi Həsənli
P.S. Təəssüf ki, Azərbaycanda bu cür sorğular keçirilmir. Ancaq ölkəmizdə də əhalinin əhəmiyyətli hissəsinin Sovet dönəmi ilə bağlı nostalgiyasının olması elə bir sirr deyil.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar