Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Peskov: "Putinin mobil telefonu yoxdur" - Bəs "YotaPhone 2"…

Tarix: 20-12-2018 13:42     Baxış: 3245 A- / A+
Peskov: "Putinin mobil telefonu yoxdur" - Bəs "YotaPhone 2"…

Rusiya Prezidenti Vladimir Putin mobil telefondan istifadə etmir. Bilirəm ki, onun cib telefonu yoxdur".

Manevr.az teleqraf.com-a istinadıa xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov əlavə edib ki, prezident mətbuat katibi və yaxud köməkçiləri vasitəsilə istənilən ünvanla və yaxud hər kəslə rahat şəkildə rabitə əlaqəsi yarada bilir. Eyni zamanda Putin ünsiyyət qurmaq üçün daxili və dövlət telefonlarından istifadə edir.

Qeyd edək ki, bu ilin fevral ayında Kurçatov İnstitutunun Araşdırmalar Mərkəzinin rəhbəri Mixail Kovalçukla görüşü zamanı Vladimir Putin özü də smartfondan istifadə etmədiyini demişdi.

Söhbət əsnasında mərkəz rəhbəri bildirmişdi ki, bu gün hər kəs smartfondan istifadə edir. Putin isə "Sənin söylədiyin "hər kəsin smartfonu var" fikrilə qətiyyən razı deyiləm. Şəxsən mənim smartfonum yoxdur" – deyə etirazını ifadə etmişdi.

Lakin Rusiya prezidenti mobil telefondan nə üçün istifadə etmədiyini açıqlamamışdı.

Ancaq 2015-ci il dekabrın 15-də haberrus.com-un yaydığı xəbər isə Peskovun Putin haqqında dediyi fikirlərə kölgə salır.

Belə ki, sözügedən sayt Putinin işlətdiyi smartfonun Türkiyədə satışa çıxarıldığını, eyni zamanda mobil telefonun görüntüsü və texniki xüsusiyyətləri barədə kifayət qədər məlumat vermişdi.

Bildirilirdi ki, Putunun işlətdiyi Rusiya istehsalı olan "YotaPhone 2" markalı ağıllı cib telefonu özəl imkanlara malikdir.

Yeri gəlmişkən qeyd edək ki, mətbuatda Putinin internetdən də istifadə etmədiyi barədə məlumatlar yer alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar