Sizin Reklam Burada
Xəbər lenti
21-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevi ailəsi ilə birgə Əli Kərimlinin məhkəməsinə çağırıldılar

Tarix: 23-11-2026 13:29     Baxış: 426 A- / A+
Ramiz Mehdiyevi  ailəsi ilə birgə Əli Kərimlinin məhkəməsinə çağırıldılarAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcək.
Manevr.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, həmin şahidlər Ramiz Mehdiyev və ailə üzvləridir.
Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyev rəsmi bildirişlə məhkəməyə çağırılıblar. Onlar ibtidai istintaq vaxtı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən dindiriliblər.
Məhkəmə sabaha təyin edilib.
İttihamda deyilir ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev, axtarışda olan Abbas Abbasov və digər şəxslərlə birlikdə hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi barədə sövdələşmədə iştirak edib. DTX cinayətlə bağlı geniş videomaterial yayıb, orada Ramiz Mehdiyevin Əli Kərimlinin adamları və xarici xüsusi xidmət orqanları ilə səs yazıları yer alıb.
Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar. 
Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar