Xəbər lenti
“AYB: sözün itirilmiş ünvanı" - Təranə Dəmir yazır
Təranə DəmirAYB vaxtilə çox mötəbər söz ocağı idi. Bu ocağın mötəbər yazarları böyük Sözün keşiyində inamla dayanırdılar. Sözə ilahi sevgi və hörmət var idi. Bəs indi vəziyyət necədir? Birliyin üzvlərinin sayı durmadan artır. Yerindən duran sənədlərini və içində bir qəpiklik sözü olmayan kitablarını qoltuğuna vurub yüyürür AYB-yə.
Tanışlıqla, qohumbazlıqla və yerlibazlıqla tez zamanda Birliyin üzvü olur. Əli cibində olanları da buna şamil etmək olar. Bir sözlə, Birliyi bazara çevirənlər doğru yolla gedənlərə ağız büzür, hər vəchlə onları kölgədə saxlamağa çalışırlar. Səsini çıxaranları topa-tüfəngə tuturlar. Sevgi dolu Sözün həndəvərinə də yaxın düşməyənləri yuxarı başa keçirirlər. Onları Prezident təqaüdü ilə, orden və medallarla təltif edirlər. Olurlar qondarma “söz adamı”.
Mötəbər məclislərə, tədbirlərə, Qarabağa və hər yerə həmin “sözbazları” göndərirlər. Tədbirlərdə onların olmayan sözündən ağızdolusu danışırlar, alqışlayırlar, tərif tərifin dalınca gəlir. Ən ağrılı hal da odur ki, tərif yağdıranların çox qismi də söz adamları olur. Beləliklə, əsl söz yaddan çıxır, əsl söz adamları isə ya sözdən küsür, ya da taledən.
AYB-nin mətbu orqanlarında da eyni vəziyyət hökm sürdüyü üçün narazılıq baş alıb gedir. Qəzet və jurnal rəhbərləri istədikləri kimi meydan sulayırlar. Yəqin ki, kürsüləri dədə-babadan qaldığı üçün ürəkləri necə istəyir, elə də hərəkət edirlər.
İldə bir dəfə dərc olunduğumuza da şükür edirik. Kütləvi informasiya vasitələrində “sözbazlar” təbliğ olunur, radio və televiziyalara onlar dəvət alır. Bir sözlə, hər yerdə onlar, yenə onlar… AYB-nin Natəvan klubu yalançı alqışlardan usanıb artıq. Dili olsa, nələr danışar, nələr açar bu klubun divarları, şəkilləri, kürsüləri, qapıları, pəncərələri… Sözə həqiqət tərəfdən baxa bilmirik artıq. Çox təəssüf.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































