Xəbər lenti
Elbariz Məmmədlidən Rəşad Məcidin açıqlamasına cavab: "AYB elə durumdadır ki..."
...bu qurumun yeniləşməyə ehtiyacı var Elbariz Məmmədli və Rəşad Məcid
Əvvəla onu deyim ki, Rəşad mənim 6 il bir qrupda oxuduğum tələbə yoldaşımdı. Yəni, hər ikimiz bir-birimizi yaxşı tanıdığımız üçün onun cvabına sadəcə təəssüf elədim.
Mən Şuşanı, Qarabağı ruhunda, duyğusunda yaşayan adamam. Son iki ildə bu savaş və sevgidən iki kitab yazmışam. Amma mənim davam bu deyil ki. 44 günlük savaş boyu bütün sosial şəbəkələri izləmişəm və hansı imzaların davanın içində oduğunu yaxşı bilirəm. Məhz bu yazarların Şuşa tədbirinə alınmaması, mənə çox ağır gəldi. Heç, görün bircə dəfə də olsun, AYB-yə ayrılan vəsaitlərin haraya və nəyə xərcləndiyi haqda sizə sual vermişəmmi. Qapınızı kəsdirib, təqaüd davası açmışammı. Birliyə ayrılan torpağın və mənzilin kimlərə verildiyini demişəmmi. Deməmişəm... İndi AYB elə durumdadır ki, hamı bu qurumun sözçüsü rolunda çıxış edir. Sadəcə, sovet ənənələrinin köynəyindən çıxa bilməyən bu qurumun yeniləşməyə ehtiyacı var. Əgər doğrudan da real ədəbi mühitin var olmasını istəyiriksə. Onu da deyim ki, mən ədəbi karyera iddiası-filan olan adam deyiləm. Buna heç marağım da yoxdu. Amma ədalət hissi ortadan qalxanda, susqunluğunu pozmağa məcbur olursan. Yazıçılar Birliyinda bir-birinə qarşı üsyankar vəziyyətdə dayanan qruplaşmaların olması haqda ciddi söhbətlər var. Sizcə bu, ədəbi əxlaqın aşılanmasının əlaməti deyilmi? Sonra da bizə irad tuturlar ki, niyə belə düşünürük. Hər halda Rəşad bəy bu suallara da cavab verməlidir. O ki, qaldı Baba Vəziroğlunun dediklərinə, söhbət ciddi ədəbi münasibətdən getdiyi üçün mənim "nəgməkar"larla işim yoxdur.
P.S. Bəzilərinin bizim narazılığımıza Anara düşmənçilik donu geyindiməsini də heç anlamaq olmur. Bu niyyətlər onların özünə xas olan" keyfiyyət"dir və biz belə oyunların içində yoxuq!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar