Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş bankirdən mühüm kredit qərarı - Ekspert

Tarix: 04-05-2020 16:14     Baxış: 3184 A- / A+
Mərkəzi Bankın sədri Elman Rüstəmovun bu qərarı rəsmi statistikada problemli kreditlərin kəskin artmasının qarşısını almağa yönəlib.

Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın sədri Elman Rüstəmovun “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı təsdiqləməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, verilən qərar statistik xarakter daşıyır:
Baş bankirdən mühüm kredit qərarı - Ekspert

“Mərkəzi Bank banklarda problemli kreditlərin artacağını proqnozlaşdıraraq, bunun qarşısını almaq üçün fərqli formulları işə salır. Verilən bu qərar bankların hesablama qaydalarını dəyişərək, statistik artımın qarşısını almağa yönəlib. Yəni təsnifat dəyişdiyinə görə problemli kreditlərin statistik sayı azalacaq. Bu o deməkdir ki, banka borcu olan vətəndaş ödəməli olduğu borcun aylıq ödəməsini büdcəsinə görə ödəsə belə, bu, problemli kredit sayılmayacaq. Əslində bu, faktiki olaraq problemli kredit sayılmalıdır. Çünki bank müqavilə əsasında vətəndaşa aylıq ödəyəcəyi məbləği açıqlayır. Vətəndaş isə təyin olunmuş məbləğdən az ödəyir. Bu, mahiyyət etibarilə problemli kredit olsa da, statistik olaraq problemli kredit sayılmayacaq. Yəni hesablama qaydaları dəyişərək, statistik göstəricilərin birdən-birə pisləşməsinin qarşısını alacaq”.

N.Cəfərli verilən qərarın banklara təsirindən danışıb:

“Bu qərarın banklara müəyyən dərəcədə xeyri olacaq. Çünki problemli kreditlərin sayının artması bankların xarici valyuta mənbələrinə çıxış imkanlarını məhdudlaşdırır. Beynəlxalq maliyyə institutları bankların reytinqlərini vaxtaşırı müəyyənləşdirir. Bu reytinqə təsir edən amillərdən biri də problemli kreditlərdir. Bankların mövcud vəziyyətinin pis olması onların xarici valyuta yardımları və ya dəstək fondları ilə birgə işləməsinə problem yaradır. Yəni statistik olaraq banklarda olan problemli kreditlərin azalması bankların beynəlxalq əlaqələri baxımdan müsbətdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar